Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
şənbə

4 iyun 2016

17:16:14
758172

İslam və İdman

Məşhur Boks Kralı Muhəmməd Əli 74 yaşında vəfat etdi / Hollivudu təəccübə gətirən şəxsin əhvalatı - Foto

Amerikalı Müsəlman boksçu nə üçün adının hollivudun məşhurlar xiyabanı üzərində yazılmasına razı olmamışdır?!!!

Qeyd edək ki, Dünya şöhrətli amerikalı Müsəlman boksçu, “Amerika Qaradərili Vətəndaşların Hüquqları” hərakatının tanınmış üzvü Muhəmməd Əli bu gün 4 may, 2016 tarixdə, 74 yaşında nəfəs çatışmamazlığı nəticəsində dünyasını dəyişib. Mərhum boksçu uzun illər idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi. Son bir neçə günü nəfəs problemi ilə üzləşdiyi üçün Arizona əyalətində xəstəxanaya yerləşdirilmişdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hollivudda “məşhurlar” adlı xiyaban yerləşir. Bu xiyabanda Amerikanın məşhur çehrələrinə təşəkkür bildirmək məqsədi ilə onların adlarını qızılı rəngli ulduzun üzərinə yazaraq xiyabanın döşəməsi üzərinə qoyurlar. Beləliklə də, xiyabandan hər gün keçən insanlar onların adlarını oxuyur və daim onları yad edirlər. Məşhur amerikalı MÜsəlman boksçu Muhəmməd Əliyə də, onun adının ulduz daxilində yazılaraq “məşhurlar” xiyabanda nəsb edilməsi təklifini verdikdə gözlənilmədən Muhəmməd Əlidən rədd cavabı alırlar.

Hadisə Hollivud işçilərini təcübləndirir: Muhəmməd Əli nə üçün bu şöhrətdən imtina edir?!!! Axı bu ilk dəfə idi ki, Amerika tarixində belə bir hadisə baş verirdi... Muhəmməd Əlidən soruşduqda ki, nə üçün razı olmadın adını məşhurlar xiyabanında yazsınlar? O, tam qətiyyətlə belə cavab verdi: Mən Muhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) adını daşıyıram. Və mən heç vaxt razı olmaram ki, İslam Peyğəmbərinin mübarək adı milyonlarla insanın ayaq döyəclədikləri xiyabanın döşəməsi üzərində yerə yazılsın və o ada hörmətsizlik olunsun!

Beləliklə də, Hollivud üzərində Muhəmməd Əlinin adı yazılmış qızılı rəngli ulduzu xiyabanın divarında nəsb etdi. Bu ilk dəfə idi ki, tanınmış şəxsiyyətin adı məşhurlar xiyabanın döşəməsi üzərində deyil, divarında nəsb edilirdi...

Qeyd edək ki, Dünya şöhrətli amerikalı Müsəlman boksçu, “Amerika Qaradərili Vətəndaşların Hüquqları” hərakatının tanınmış üzvü Muhəmməd Əli bu gün 4 may, 2016 tarixdə, 74 yaşında nəfəs çatışmamazlığı nəticəsində dünyasını dəyişib. Mərhum boksçu uzun illər idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi. Son bir neçə günü nəfəs problemi ilə üzləşdiyi üçün Arizona əyalətində xəstəxanaya yerləşdirilmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır