Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Eastnews “Tasnim”-ə istinadla
çərşənbə axşamı

31 may 2016

13:17:46
757503

İran İslam Respublikası

Qasim Süleymani Yaxın Şərq ölkələri barədə əhəmiyyətli açıqlamalar verdi

Suriyanın coğrafi əhəmiyyətini və bu coğrafiyaya hakim olmanın çox vacib olduğunu bildirən Qasim Süleymani, "İran illər ərzində Suriya müqavimətinə köməkçi olmağı bacarıb və çox ciddi bir təhlükənin qarşısını alıb. İŞİD-ə qarşı yaradılan koalisiya qüvvələri arasında 40 ölkədən 25-i güclü və zəngin ölkələr olmasına baxmayaraq, İŞİD ilə mübarizədə müvəffəqiyyətli ola bilməyiblər. Bu gün İŞİD-in İraqa soxulmasından 2 il keçməsinə baxmayaraq, Mosul hələ də onların işğalındadır. Əlbəttə İran İslam Respublikası İraqda İŞİD-ə qarşı mübarizədə əhəmiyyətli yerə malikdir və bunun ən əsas nümunəsi könüllü xalq qüvvələrinin mübarizəsidir. Onlar İrana qarşı böyük simpatiya göstərirlər", deyə qeyd edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds Briqadasının komandanı, general Qasim Süleymani İslami Şura Məclisinin açılış mərasimində regionda baş verənlərlə bağlı mühüm açıqlamalar verib.  

Qasim Süleymani bildirib ki, hər qələbədən sonra yeni təzyiqin baş verdiyinin, düşmənin birbaşa varlığına və ciddiliyinə gündən-günə daha çox şahid oluruq. O, qeyd edib ki, İranın Tikriti 5% ziyanla xilas etməklərinə baxmayaraq, ABŞ Ramadini 95% zərər vurmaqla ələ keçirib: "Bu ABŞ və İranın fərqini ortaya qoyur". Qasim Süleymani, "ABŞ İrana yaxın qrupların İraqda pay ala bilməyəcəklərini düşünürdü. Amma İraq İslami Yüksək Şurası iş başına keçdi və bu gün "Bədir" briqada komandiri ən çox sevilən şəxslərdən biri olub", deyə vurğulayıb.

 "Düşmənin Livandakı əsl hədəfi "Hizbullah" hərəkatıdır. Onlar hər dəfə "Hizbullah"ı məhv etməyə çalışsalar da, buna müvəffəq ola bilmədilər. Bu gün "Hizbullah" lideri Seyid Həsən Nəsrullahın verdiyi hər açıqlama düşmən tərəfindən ciddi qəbul edilir", deyə general Qasim Süleymani bildirib. Qasim Süleymani, "Hizbullahın rolu böyükdür və 3 sahədə təsirlidir. İlk olaraq, düşmənə qarşı tərəddüdsüz qalib gələcəyinə inanır. İkinci olaraq daxili nizam-intizam məsələlərində, üçüncü olaraq isə regional və ictimai sahədəki uğurları. Bu da düşmən üzərində təzyiq meydana gətirməkdədir. Hətta buna görə "əl-Mənar" telekanalını belə izləmək istəmirlər və o kanalı peykdən çıxarırlar", deyə açıqlama da verib.

General Süleymani Suriyadakı mövcud vəziyyətə də toxunaraq, "Başlanğıcda bizim Suriyaya müdaxilə etməyimiz barədə ixtilaflar var idi. Son mərhələdə müdaxilə etmək qərarı qəbul etdik və Suriyada şiə -sünni müharibəsinin baş verməsinə maneə olduq. İran bu 4 il ərzində Suriyada təkfirçilərə qarşı əgər müqavimət göstərməsəydi, bu gün İŞİD Suriyada dövlət qurardı və hətta Livanda sünni, şiə və xristianları təsir altında salaraq eyni Dəməşqdəki vəziyyəti orada da yaradardı. Çünki bu gün İraqda geniş bir ərazini əlində saxlayan İŞİD bir çox kənddə insanların başını kəsərək qətllər törətməyə davam edir. Ənbarda yüzlərlə sünni müsəlmanının başını kəsən bu terrorçuların əgər qarşısı alınmasaydı bu gün edamlar Livanda da vüsət alacaqdı", deyə bildirib.

Suriyanın coğrafi əhəmiyyətini və bu coğrafiyaya hakim olmanın çox vacib olduğunu bildirən Qasim Süleymani, "İran illər ərzində Suriya müqavimətinə köməkçi olmağı bacarıb və çox ciddi bir təhlükənin qarşısını alıb. İŞİD-ə qarşı yaradılan koalisiya qüvvələri arasında 40 ölkədən 25-i güclü və zəngin ölkələr olmasına baxmayaraq, İŞİD ilə mübarizədə müvəffəqiyyətli ola bilməyiblər. Bu gün İŞİD-in İraqa soxulmasından 2 il keçməsinə baxmayaraq, Mosul hələ də onların işğalındadır. Əlbəttə İran İslam Respublikası İraqda İŞİD-ə qarşı mübarizədə əhəmiyyətli yerə malikdir və bunun ən əsas nümunəsi könüllü xalq qüvvələrinin mübarizəsidir. Onlar İrana qarşı böyük simpatiya göstərirlər", deyə qeyd edib. 

General Qasim Süleymani Yəmənə təşkil edilən hücumlara da toxunaraq bu hərəkətin dəlilik olduğunu bildirib. Həmçinin Qasim Süleymani, "Əminəm ki, bu hücumlar səudiyyəlilər üçün məğlubiyyətdən başqa bir nəticə verməyəcək. Düşmənin əsas səhvlərindən biri hücumdan əvvəl heç kimin zeydilər haqqında məlumatının olmamasıdır. Çünki bu hücumlar onların böyüməsinə səbəb oldu. Buna görə hücumlar bölgənin taleyini dəyişdirəcək. Eynilə Səddamın vaxtilə Küveytə hücum etdiyi kimi. Çünki axırda proses Səddamın devrilməsi ilə nəticələndi. Digər tərəfdən Fars Körfəzi ölkələri arasında olan bəzi ölkələr bu döyüşdə əməkdaşlıq etdilər və əgər qələbəyə nail olsaydılar, bölgədə daha böyük hadisə baş verəcəkdi. Çünki bu müharibə böyük dənizlərin birləşdiyi strateji bölgə olan Yəməndə xaosdan başqa şeyə səbəb olmayacaqdı, olmadı da", deyə vurğulayıb.

Qasim Süleymani, "Çox az cəmiyyətlərdə bir milyon döyüşən insan tapmaq mümkündür. Bu gün Seyid Əbdülməlik əl-Husi bu gücə malikdir. Buna baxmayaraq, Yəmənin taleyi Əfqanıstan kimi olacaq. ABŞ-ın köməyi ilə məhv edilən yerlər gec özünə gəlir və bu gün buna Liviyada şahid oluruq", deyərək çıxışını yekunlaşdırıb.  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır