Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslaminsesi
çərşənbə axşamı

24 may 2016

19:33:17
756170

İslam və İdman

Mərdliyi həzrəti Əlidən öyrənən pəhləvan Təxti kimdir?

Bu görüş iranlı güləşçi Cahan Pəhlivan Təxtinin idman karyerasında son görüşü olmuşdu...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Rəqibini ailəsi qarşısında utandırmamaq üçün final yarışını uduzan pəhləvan kimdir?

Türkiyəli güləşçinin öz xatirələrində qeyd etdiyi maraqlı və ibrətamiz hadisə belə olub:

"Final qarşılaşmasında məşhur iranlı güləşçi Cahan Pәhlivan Tәxti ilә gülәşmәli oldum vә o çox güclü idi. Yarışın mәnim üçün çәtin olacağını bilirdim vә udma şansım çox az idi.

Gülәşdәn öncә biz paltar dəyişmə otağında görüşüb bir az söhbәt etdik. Cahan Pәhlivan mәndәn soruşdu:

- Türkiyәdәn nә qәdәr adam gәlib?

Mәn dedim:
- 200 nәfәr.

Cәhan Pәhlivan dedi:
- Ailәn dә buradadır?

Dedim:
- Bәli (gördüm pis oldu)

Dedi:
- Mәn sәni ailәvin gözü qabağında yıxa bilmәrәm, gәrәk uduzam.

Dedim:
- Axi niyә? Sәbәb nәdir? Cahan Pәhlivan mәnә bu hadisәni danışdı.

Dedi:
-Hәzrәt Әli (ә) bir gün mәscidә girib kişilәrin nәyisә müzakirә etdiyini görmüşdü. İbn Abbas da (r.ә) orda idi. Hәzrәti Әli (ә) İbn Abbasdan nә baş verdiyini soruşdu.

İbn Abbas dedi:
- Kişinin әn ağır, әn әlacsız vaxtı nә vaxtdır?, onu müzakirә edirlәr. Biri deyir ailәsi xәstә olanda, biri deyir övladı olmayanda vә s.

Ardınca İbn Abbas dedi:
- Ya Әli sәnin fikrin nәdir?

Gördülәr Әlinin gözlәri yaşla doldu.

Әli (ә) dedi:
- Kişinin әn ağır vәziyyәti odur ki, Xeybәrin qapısını sındıran әllәr onda ola, Zülfüqar kimi qılınca sahib ola amma yoldaşı qapı ilә divar arasında qala heçnә edә bilmәyә.

Tәxti bunu dedi vә ağlamağa başladı...

Vә o dediyini etdi, ailәm idman zalında idi deyә mәnә mәğlub oldu!"

İdman həvəskarları bir neçə il öncə bunu yaxşı xatırlayırlar. Hər kəs bilirdi ki, iranlı pəhləvanın uduzması qeyri-mümkün idi.

Bu görüş iranlı güləşçi Cahan Pəhlivan Təxtinin idman karyerasında son görüşü olmuşdu...

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır