Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahar TV
çərşənbə

18 may 2016

16:45:48
755068

Azərbaycan

İlqar İbrahimoğlu Azərbaycan Respublikasının zindan başçılarnı tənqid edib

Hacı İlqar İbrahimoğlu zindanda Həzrət Yusif (əleyhi səlam) serialının göstərilməsi ərəfəsində bir qrup dindar məhbusun cəzalandırılması xəbərinin geniş sosial inikasına və bununla bağlı əlaqədar rəsmilərin susmalarına işarə edərək, deyib: “Bu kimi qeyri-mütənasib cəzalar qanunsuz olmaqdan əlavə, ölkədə imanofobiyanın mövcud olmasının nişanəsidir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İçərişəhər "Cümə" məscdinin imam-camaatı Hacı İlqar İbrahimoğlu zindanda Həzrət Yusif (əleyhi səlam) serialının göstərilməsi ərəfəsində bir qrup məhbusun Tubzon-a köçürülməsinə görə Azərbaycan Respublikasının zindan başçılarnı tənqid edib.

Bakının tanınmış din xadimi özünün facebook səhifəsində yazıb: Həzrət Yusif (əleyhi səlam) serialı büütün dünyada insanların ürəklərini fəth edib və Azərbaycan Respublikasının telekanallarından da yayılıbdır. Azərbaycan Respublikası vətəndaşları illər boyudur ki, bu serialdan ruhiyyə əldə edir və öz övladları üçün Yusif adını seçirlər.

Hacı İlqar İbrahimoğlu zindanda Həzrət Yusif (əleyhi səlam) serialının göstərilməsi ərəfəsində bir qrup dindar məhbusun cəzalandırılması xəbərinin geniş sosial inikasına və bununla bağlı əlaqədar rəsmilərin susmalarına işarə edərək, deyib: “Bu kimi qeyri-mütənasib cəzalar qanunsuz olmaqdan əlavə, ölkədə imanofobiyanın mövcud olmasının nişanəsidir.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır