Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İRİB
bazar

15 may 2016

15:03:45
754392

İran İslam Respublikası

Tehran "Əqsa ilə Səs-Səsə" beynəlxalq konfransının evsahibidir

Konfrans Fələstinin məzlum xalqına dəstək məqsədini daşıyır və 2 günlük tədbirin sonunda qətnamə veriləcək.

Vaşinqton şəhərinin imam cüməsi Məhəmməd əl-Asi, Livan Hizbullahı Hərəkatının Qadınlar Şöbəsinin rəhbəri xanım İfaf Həkim, həmçinin Amerika və İngiltərədən anti-sionist yəhudilər bu beynəlxalq konfransda iştirak edirlər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Əqsa ilə Səs-Səsə" Beynəlxalq Konfransı bu gün Tehranda işə başlayıb. Konfransda İran İslam Respublikasının yüksək səviyyəli rəsmiləri, Fələstinə Dəstək Qeyri-Hökumət Təşkilatları Birliyinin üzvləri, 30 ölkədən fəal iştirak edir.

Konfrans Fələstinin məzlum xalqına dəstək məqsədini daşıyır və 2 günlük tədbirin sonunda Fələstin və əl-Əqsa məscidi barəsində qətnamə veriləcək.

Vaşinqton şəhərinin imam cüməsi Məhəmməd əl-Asi, Livan Hizbullahı Hərəkatının Qadınlar Şöbəsinin rəhbəri xanım İfaf Həkim, həmçinin Amerika və İngiltərədən anti-sionist yəhudilər bu beynəlxalq konfransda iştirak edirlər.

Livan, Suriya, Türkiyə, Pakistan, Cənubi Afrika Respublikası, İndoneziya, Malazyia, Fələstin və digər ölkələrdən fəallar "Əqsa ilə Səs-Səsə" Beynəlxalq Konfransının qonaqlarıdır.

Fələstinə Dəstəq Qeyri-Hökumət Təşkilatları Beynəlxalq Birliyi 2001-ci ildə Tehranda təsis olunub və indiyə qədər 35 QHT bu birliyin üzvü olmuşdur.

Konfransın katibi Seyid Abdulla Hüseyninin dediyinə görə, bu birliyin iclasları hər iki ildə bir dəfə dünyanın müxtəlif ölkələrində keçirilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır