Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə axşamı

10 may 2016

18:12:19
753433

Afrika Xəbərləri

Nigeriya Şiələrinin rejim əleyhinə sülhamiz aksiyaları səngimir - Foto

Şəhidlər Günü adı ilə ölkənin müxtəlif bölgələrində aksiyalar keçirilib, Şeyx Zəkzəkiyə Azadlıq!

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya Şiələri ölkənin müxtəlif şəhərlərində Şəhidlər Günü adlı aksiya keçirərək Ayətullah Zəkzəki başda olmaqla rejim tərəfindən həbs edilən 1000-dən çox Şiənin tez bir zamanda azad edilməsini tələb ediblər. Qeyd edək ki, Nigeriya rejimi 2015-ci ilin Dekabr ayının əvvəl günlərində Səudiyyə və israil rejimlərin göstərişi ilə Ayətullah Zəkzəkinin evinə hücuma keçərək Şiə Soyqırımını törətmişdir. Hadisə zamanı 2000-dən artıq sivil Şiə gülləbaran edilmiş və diri-diri yandırılmışdır. Mindən artıq Şiə isə həbsxanalara köçürülmüşdür. Ayətullah Zəkzəkinin 4 övladı Şəhid olmuş özü ilə xanımı ölümcül yaralanmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır