Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə axşamı

21 aprel 2016

14:54:52
748951

Araşdırma

ŞOK! Qarabağda baş verən "dördgünlük müharibə” ABŞ təxribatıdır

İİR-dan Qarabağdakı son döyüşlər barədə AÇIQLAMA.

Əli Əkbər Vilayəti: "Münaqişə tərəflərinin döyüşlər başlayandan bir neçə gün sonra atəşi dayandırması da bunu deməyə əsas verir. Bir sıra ekspertlər hesab edir ki, ABŞ-ın və müttəfiqlərinin İraq və Suriyadakı uğursuzluğu, Şimali Qafqazdan minlərlə döyüşçünün Yaxın Şərqə getməsi fonunda Vaşinqton Rusiyanın cənub sərhədlərinə yaxın ərazidə xaos yaratmaq istəyir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İmam Xamenei cənablarının beynəlxalq işlər üzrə məsləhətçisi, strateji tədqiqatlar üzrə mərkəzi şurasının rəhbəri Doktor Əli Əkbər Vilayəti Dağlıq Qarabağda baş verənlərdən danışıb.

İRİB 1 TV kanalına açıqlama verən Vilayəti Qarabağda baş verən "dördgünlük müharibə”nin xaricidən edilən təxribatın nəticəsi kimi dəyərləndirib.

"Münaqişə tərəflərinin döyüşlər başlayandan bir neçə gün sonra atəşi dayandırması da bunu deməyə əsas verir. Bir sıra ekspertlər hesab edir ki, ABŞ-ın və müttəfiqlərinin İraq və Suriyadakı uğursuzluğu, Şimali Qafqazdan minlərlə döyüşçünün Yaxın Şərqə getməsi fonunda Vaşinqton Rusiyanın cənub sərhədlərinə yaxın ərazidə xaos yaratmaq istəyir”, - deyə o bildirib.

Vilayəti Qarabağ münaqişəsinin tərəflərini dialoqu davam etdirməyə çağırıb, həmçinin, regionda sülhə nail olmaq üçün İİR və Rusiyanın vasitəçiliyini təqdim edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır