Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar ertəsi

18 aprel 2016

05:50:17
748151

Sionizim birliyi

Ali Xəlifə vəhhabi rejimi daha bir İslam alimini həbs etdi

Vəhhabi rejimi Əhli Beyt (əleyhimus səlam) davamçılarının Alimini namaz qılıb xütbə etdiyinə görə həbs edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə qanunsuz hakim kəsilmiş Ali-Xəlifə diktatura rejiminin anti-İslam siyasətləri səngimir.

Məlumata görə, cümə günü Ali-Xəlifə pois muzdluları Bəhreynli imam cümə Höccətül İslam vəl Müslimin Şeyx Muhəmməd Əlmənsini icazəsiz camaat namazı təşkilatçısı olmaqda,  o cümlədən icazəsiz moizə etməkdə ittiham edərək həbs ediblər.

Qeyd edək ki, istintaq dövrü zamanı Ruhaniyə qarşı yeni ittihamların qoyulacağı da istisna edilmir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır