Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar

17 aprel 2016

14:31:23
748013

Vəhhabi nə bilir futbol nədir?

İraqda Səudiyyə futbol federasiyasına qarşı etirazlar: Hərkim Tehranın evsahibliyini istəmirsə bizə düşməndir-Foto

İraq cavanları xiyabanlara çıxaraq Səudiyyə rəsmilərinin araqarışdırmalarına reaksiya vermiş və öz etirazlarını bildirmişlər. Aksiya iştirakçıları əllərində üzərində “Oyunlarımıza Məhz İİR Evsahibliyi Edəcək Siz Də Tehrana Gəlməlisiniz!” şüarları yazılmış plakartlar tutublar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyada Asiya 2018 Futbol Dünya Çempionatı üzrə püşk atıldıqdan sonra və İraq, Səudi Ərəbistan və Ərəb Əmirliklərinin bir qrupa düşməsi yeni problemlərin yaranmasına səbəb olub.

Bundan öncə keçirilən bütün oyunlarda Tehranı özünə evsahibliyi seçən İraq bu mərhələdə də keçirəcəkləri bütün oyunların Tehranda baş tutmasını qabaqcadan təyin edib. Lakin İraqlıların bu işi vəhhabi Səudiyyə ilə Ərəb Əmirliklərinin narazılıqlarına səbəb olub. Belə ki, səudilər ilə Ərəb Əmirliyinin komandaları İraqla Tehranda oynamayacaqlarını bildirdikdə İraq Futbol Federasiyası təkidlə bildirib ki, oyun məhz Tehranda keçiriləcək!

Bu gün isə, İraq cavanları xiyabanlara çıxaraq Səudiyyə rəsmilərinin araqarışdırmalarına reaksiya verərək öz etirazlarını bildiriblər. Aksiya iştirakçıları əllərində üzərində “Oyunlarımıza Məhz İİR Evsahibliyi Edəcək Siz Də Tehrana Gəlməlisiniz!” şüarları yazılmış plakartlar tutublar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır