Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslaminSesi
çərşənbə

6 aprel 2016

14:45:41
745598

Təhlil

İsrail və Ermənistan rejimlərini birləşdirən ortaq “dəyərlər”

Akif Heydərli: “İsraillə-Ermənistan arasında beynəlxalq hüquq və normalarına, qonşu dövlətlərlə münasibətlərinə görə heç bir fərq yoxdur”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, cəbhədə son günlər yaşanan gərginlik və intensiv döyüşlərin baş verməsi demək olar ki dünyanın gündəmini zəbt etdi. Ermənistanın təxribatına layiqli cavab verən Azərbaycan ordusu düşməni təşvişə saldı. Demək olar ki, dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Lakin erməni mətbuatının yaydığı məlumatlara istinadən deyə bilərik ki Azərbaycan hakimiyyətinin özünə strateji tərəfdaş hesab etdiyi İsrail cəbhədə baş verən hadisələrə nəinki münasibət bildirmədi, hətta düşmən ölkəyə dəstək nümayiş etdirməkdən belə çəkinmədi. Belə ki, İsrail parlamentinin sədr müavini Tali Ploskovun rəhbərlik etdiyi israilli deputatların təmsil olduğu nümayəndə heyəti cəbhədə döyüşlərin getdiyi və vəziyyətin gərgin olduğu bir vaxtda Yerevandakı qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərək, qarşısında sayğı duruşunda dayanıblar. Nümayəndə heyəti bundan başqa əklillərilə erməni millətinə olan yaxınlıqlarını bir daha sübut ediblər. Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə İsraildən strateji tərəfdaş kimi cəbhədə baş verənlərə münasibərt bildirməyi xahiş edib.

İslaminSesi Azərbaycan hakimiyyətinin strateji tərəfdaşı kimi təqdim etdiyi İsrailin bu addımını politoloq Akif Heydərli ilə çözməyə çalışıb. Ekspert bildirib ki, rəsmi Bakı İsraillə-Azərbaycan arasında guya strateji əməkdaşlığın və tərəfdaşlığın olduğunu bəyan edir: “Bu rəsmi Bakının mövqeyidir. Lakin bir az dərinə gedib bu xalqın xislətinə nüfuz etsək görərik ki, İsraillə-Ermənistan arasında beynəlxalq hüquq və normalarına, qonşu dövlətlərlə münasibətlərinə görə heç bir fərq yoxdur. Çünki hər ikisi işğalçı rejimdir, ikisi də başqasının torpaqlarında özünün dövlətçiliyini quran rejimdir, ikisi də qonşu dövlətləri təcavüz və istila etmək istəyən rejimdir. Bu rejimlərin sülhsevər xalqlarla, qonşuluq münasibətlərində isti mövqe sərgiləyən dövlətlərlə heç bir strateji müttəfiqliyi ola bilməz. İsrail özgə torpaqlarını işğal edib dövlət qurduğu kimi, Ermənistan da bu fəaliyyəti davam etdirib. Yəni Azərbaycanın əzəli və əbədi torpaqlarını işğal edərək özünə dövlət yaradıb. Buna görə də hər iki rejimin oxşar cəhətləri çoxdur”.

Akif Heydərlinin sözlərinə görə, Azərbaycan müsəlman ölkəsidir və Azərbaycan-İsrail münasibətlərinin, Ermənistan-İsrail münasibətlərindən fərqlənməsi təbiidir: “Çünki İsrail heç vaxt sülhə tərəfdar olmayıb. Əksinə özgə torpaqlarını təcavüz etmək niyyətini hər zaman ortaya qoyub. Təəssüf edirəm ki, Azərbaycanın bəzi rəsmi dairələri Qarabağda baş verən son olaylara İsraildən rəsmi mövqe bildirməsini xahiş ediblər. Amma görünür bunun cavabı o oldu ki, İsrail parlamentariləri qondarma erməni soyqırımı abidəsini ziyarət etdilər. Bu İsrailin Ermənistanı dəstəkləməsinin bir sübutu idi. İsrail bu addımı ilə həm də münaqişədə Ermənistanı dəstəklədiyini nümayiş etdirdi. Çünki hər ikisi xristian dövlətidir”.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır