Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə

4 mart 2016

15:34:07
738777

Traixin Gizli Səhifələrindən

ŞOK! H.Əliyev S.Şamuyan və Xl Qizil Ordu haqda nə deyib? – 1-cü hissə

H.Əliyev Stepan Şaumyan kimi Azərbaycan xalqının qanını içən, azğın bir cəlladı necə xarakterizə etmişdir?

Sual olunur: Heydər Əliyev Azərbaycan xalqına nə verib? Xalqın milyonlarla pulunu sərf edib, Heydər Əliyevin adına parklar, bağlar salıb, abidələr qoyub, muzeylər və məscidlər tikməyə dəyərmi?

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- ÖN SÖZ.

Hal-hazırda hamının gözü qarşısında respublikanın bütün şəhər və rayonlarının hamısında Heydər Əliyevin adına parklar və bağlar salınıb, heykəl və büstləri qoyulmaqla yanaşı onun adına muzeylər və hətta məscidlər də tikilir. Şəkilləri isə bütün şəhər, qəsəbə və kəndlərdə, küçə və meydanlarda vurulmaqla yanaşı, magistral yollar boyu da vurulmuşdur. Dövlət mətbu orqanlarının və respublikanın bütün telekanallarının əsas vəzifəsi isə Heydər Əliyevi təbliğ edib, onu «millət atası», «ümummilli lider» və müstəqil Azərbaycan respublikasının banisi kimi xalqa sırımaqdır.

Hansı tərəfə dönürsənsə, orada Heydər Əliyevin sənə baxan şəklini görürsən. Özü də elə bir şəkil yoxdur ki, oradan ciddi sifətlə, ciddi baxışlarla baxsın, hər yerdə gülümsəyir. Adama elə gəlir ki, bu adamın mimikasında heç vaxt ciddilik olmayıb. El arasında məşhur bir deyim var, yəqin onu hamınız kiminsə haqqında işlətmiş olarsınız: «Ölsəm də, canını məndən qurtara bilməyəcəksən». İndi Heydər Əliyevin heykəllərinə və şəkillərinə baxanda adama elə gəlir ki, o, gülümsər sifətilə «gördünüz, ölsəm də, canınızı məndən qurtara bilmədiniz» – deyir.

Sual olunur: Heydər Əliyev Azərbaycan xalqına nə verib? Xalqın milyonlarla pulunu sərf edib, Heydər Əliyevin adına parklar, bağlar salıb, abidələr qoyub, muzeylər və məscidlər tikməyə dəyərmi?

Tarixi faktlar göstərir ki, Heydər Əliyev Azərbaycan xalqını, xüsusən də Azərbaycan türklərini məhv etmək məqsədilə keçmiş sovet quruluşu dövründə öz şəxsi marağına görə xalqımızın çoxsaylı yüksək səviyyəli, bacarıqlı ziyalılarını məhv etmiş, Sov.IKP MK Baş katibi L.I.Brejnevə onun bacanağı S,K.Sviqunun vasitəsilə qiymətli «hədiyyələr» – rüşvət verməklə Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsini ələ keçirmişdir.

Bu barədə «Fəlakətlərimizin baiskarı» kitabımda ətraflı məlumat vermişəm. Müqəddəs arzusuna çatdıqdan sonra, məqsədyönlü olaraq öz şəxsi marağı naminə respublikada regionçuluğa start verməklə yanaşı, məmur, hüquq-mühafizə və məhkəmə orqan əməkdaşlarını korrupsiyaya, rüşvətxorluğa, qeyri-insani, qeyri-qanuni, özbaşınalıq və quldurluq əməllərinə sövq etmişdir. Özünə şan-şöhrət qazanmaq məqsədilə Azərbaycanın iqtisadi göstəricilərinin o biri respublikalarkından yüksək olması üçün bilavasitə öz rəhbərliyi ilə respublikada «pripiska» əməliyyatına başlanmışdır.

Nəticədə şişirdilmiş «rekord» rəqəmlər əsasında, Heydər Əliyev özü başda olmaqla, respublika rəhbərləri şan-şöhrət qazanıb orden-medallı olmuş, vətənin torpaqları zəhərlənmiş, respublikanın iqtisadiyyatına küllü miqdarda ziyan vurulmuş və eyni zamanda da respublikanın saysız-hesabsız təmiz, vətənpərvər, vicdanlı adamları günahsız olaraq damğalanıb, həbsxanalara doldurulmuşdur.

Digər tərəfdən də 1918-ci ildə Azərbaycan xalqına qarşı soyqrıma rəhbərlik edib, on minlərlə Azərbaycanlının öldürülməsinə nail olmuş Stepan Şaumyana, bu qeyri-insani əməllərdə Stepan Şaumyana yaxından köməklik göstərmiş Prokofi (Alyoşa) Caparidzeyə, Ivan Fioletova və 1920-ci ildə Azərbaycan xalqının müstəqilliyini əlindən almış və Azərbaycan xalqının qanını içən Xl Qızıl Orduya Azərbaycan xalqının vəsaiti hesabına onlara Bakıda möhtəşəm, əzəmətli abidələr ucaldıb, bu abidələrin açılışında iftixar hissilə böyük nitqlər söyləyib, bir tarixçi kimi, öz çıxışları ilə qəsdən, bilə-bilə tarixi Azərbaycan xalqının əleyhinə saxtalaşdırırdı.

Məsələn, 14 avqust 1975-ci ildə Stepan Şaumyanın abidəsinin açılışında geniş nitq söyləyib, demişdir: «Erməni xalqının böyük oğlu Stepan Şaumyan həm də Azərbaycan xalqına məxsusdur». Sonra o, nitqini davam etdirib, Stepan Şaumyan kimi Azərbaycan xalqının qanını içən, azğın bir cəlladı belə xarakterizə etmişdir: «Yüksək dərəcədə mədəni, yumşaq təbiətli bir insan olan Stepan Şaumyanın nadir şəxsi keyfiyyətləri var idi. Bakı fəhlələri Stepanı yaxşı tanıyır və ürəkdən sevirdilər».

Mir Cəfər Bağırov Stepan Şaumyanın ailə üzvlərinə Azərbaycana gəlməyi qadağan etdiyi bir halda, Heydər Əliyev isə Stepan Şaumyanın oğlunu, qohum-əqrəbələrini və Ermənistan rəhbərliyini Azərbaycana dəvət edib, 11 oktyabr 1978-ci ildə Stepan Şaumyanın anadan olmasının 100 illiyi münasibətilə Bakıda təntənəli yığıncaq keçirib, məruzə ilə çıxış edib, demişdir: «Bu gün biz iftixar və məhəbbət hissilə deyirik ki, erməni xalqının böyük oğlu Stepan Şaumyan həm də Azərbaycan xalqının oğludur.

Azərbaycan xalqı, respublika əməkçilərinin birləşmiş beynəlmiləl ailəsi Stepan Şaumyanın xatirəsini əziz tuturlar. Bakıda ucaldılmış möhtəşəm abidəsinin yanına tez-tez tər çiçəklər qoyurlar».

Həmçinin, Heydər Əliyev 1920-ci il aprelin 27-də Rusiyadan Azərbaycan ərazisinə keçən, Bakı, Qusar, Quba, Şamaxı, Kürdəmir, Gəncə və digər yerlərdə qiyamlar törədərək, müstəqil Azərbaycan Respublikasını süquta uğradıb, Rusiyanın müstəmləkəsinə çəvirən işğalçı Xl Qızıl Orduya Bakıda möhtəşəm, əzəmətli abidə ucaldıb, 18 aprel 1980-ci ildə abidənin açılışında böyük nitq söyləyərək demişdir:

«Azərbaycan xalqının çağırışı və Lenin partiyasının iradəsi ilə, öz beynəlmiləl qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanın üsyan etmiş proletariatının köməyinə gələn əfsanəvi Xl Qızıl Ordunun unudulmaz rəşadəti tunc və qranitdə təcəssüm edilmişdir… Düşmən qoşunlarının təzyiqi altında 1918-ci il iyulun axırlarında Bakıda Sovet hakimiyyəti müvəqqəti olaraq süqut etdi… 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə üsyan etmiş Azərbaycan proletariatı mülkədarların, kapitalistlərin, onların müsavatçı əlaltılarının xalqa zidd, cinayətkar rejimini devirdi və Azərbaycan torpağında Sovet hakimiyyətini qurdu. Azərbaycan xalqı öz müqəddaratının tam sahibi oldu və sosialist inkişaf yoluna HƏMIŞƏLIK qədəm qoydu…

Bu gün nəsillərin varisliyinin rəmzi olan bu möhtəşəm abidənin qarşısında biz bildiririk ki, qəhrəman xalqımızın şanlı inqilabi, döyüş və əmək ənənələrini bundan sonra da göz bəbəyi kimi qorumaq və zənginləşdirmək, var qüvvəmizi, bacarığımızı böyük kommunizm işinə vermək əzmindəyik…

Biz dönə-dönə deyirik: Azərbaycan xalqı Xl Qızıl Ordunun qəhrəmanlıq rəşadətini heç bir zaman unutmayacaqdır. Xl Qızıl Ordunun döyüşçülərinə əbədi eşq olsun! Onların qəhrəmanlıq rəşadətinə eşq olsun!»

Heç də Heydər Əliyev deyən kimi olmamışdır. 27 aprel 1920-ci ildə işğalçı Xl rus ordusu Azərbaycan Demokratik Cumhuriyyətinin şimal sərhədlərini pozaraq ərazimizə soxulmağa başlayıb. Beləcə Bakı Kommunasında birləşən satqınların erməni-rus birləşmələri ilə məxfi sazişçiliyi və bu sazişçiliyin xarici hərbi müdaxilə ilə müşayiət olunması Azərbaycan Demokratik Respublikası hökumətini çıxılmaz vəziyyətdə qoymuşdur. Müstəqil dövlətimizin məhvinə, onun xalqının isə saysız iztirablarına gətirib çıxarmışdır.

Heydər Əliyev təkrarən hakimiyyətə gəldikdən sonra, Azərbaycan xalqı ondan ermənilərə qarşı savaş açmaq gözləyirdi. Heydər Əliyev isə əsl simasını büruzə verib Azərbaycanın köklü əhalisi ilə, xüsusən də Azərbaycan türkləriylə, tarixlə, Azərbaycan tarixi ilə, Şərqdə ilk Demokratik Cumhuriyyətin – Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə ilə savaş açdı. Bakıda iki yerdə: Bakı Dövlət Universitetinin və Dövlət Kukla Teatrının qarşısında abidə daşı qoyulub, üzərində yazılmışdı: «Burada Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaqdır». Bakı Dövlət Universitetinin qarşısındakı abidə daşını Heydər Əliyev, Dövlət Kukla Teatrının qarşısındakı abidə daşını isə Heydər Əliyevin varisi – oğlu Ilham Əliyev götüzdürmüşdür.

Vaxt keçdi. Tarix öz sözünü dedi. Azərbaycan Respublikası təkrarən öz müstəqilliyini əldə etdi. Keçmiş sovet quruluşu dövründə Heydər Əliyevin Azərbaycan xalqının düşmənləri Stepan Şaumyana, Ivan Fioletova və Xl Qızıl Oqrduya Azərbaycan xalqının vəsaiti hesabına qoyduğu möhtəşəm abidələr elə Heydər Əliyevin sağlığında Azərbaycan xalqı tərəfindən darmadağın edildi. Qalmışdı Alyoşa Caparidzenin abidəsi. Heydər Əliyevin varisi Ilham Əliyevin respublikaya rəhbərliyi dövründə isə, gözlənilmədən bir gecə səssiz-səmirsiz Alyoşa Caparidzenin abidəsi də qeyb oldu.

16 oktyabr 2010-cu ildə Ilham Əliyev Yevlax rayonunda 1 saylı məktəbin açılışındakı çıxışında deyib: «Mən çox istəyirəm, biz hamımız istəyirik ki, vətəndaşlarımız bilikli, savadlı, yaxşı vətəndaş, vətənpərvər olsunlar. Vətəni sevsinlər. Bunu etmək üçün biz güclü dövlət qurmalıyıq. Uşaqlarımız tariximizi yaxşı bilməlidirlər. Indi real tarix öyrənilir, dərk edilir. Məni bir Prezident və vətəndaş kimi ən çox hiddətləndirən o deyil ki, misal üçün biz bilmirdik 1918-ci ildə nələr baş verirdi…

Azərbaycan xalqının qanını axıdan şaumyanlar və onun kimi qəddar erməni cinayətkarları Azərbaycanda qəhrəmanlar kimi təqdim olunurdu. Onların şərəfinə abidələr ucaldılırdı.» Ilham Əliyevdən soruşmaq lazımdır, Stepan Şaumyanı və Şaumyan kimi qəddar erməni cinayətkarlarını Azərbaycanda qəhrəmanlar kimi təqdim edən və keçmiş sovet quruluşu dövründə onların şərəfinə abidələr ucaldan Azərbaycanın hansı rəhbəri olmuşdur?

Tarixi faktlar sübut edir ki, Azərbaycan xalqının düşmənlərinə Azərbaycan xalqının vəsaiti hesabına abidələr ucaldıb, bu abidələrin açılışında nitqlər söyləyən, Azərbaycan xalqının düşmənlərinin yubileylərini keçirən və bu yubileylərdə geniş məruzələrlə çıxış edən respublikanın yeganə bir rəhbəri olmuşdur ki, o da Ilham Əliyevin öz arası Heydər Əliyevdir.

Sual olunur, bəlkə Azərbaycan xalqının vəsaiti hesabına Azərbaycan xalqının düşmənlərinə abidələrin ucaldılmasını kimsə Moskvadan Heydər Əliyevə sifariş edibmiş? Tam məsuliyyətimlə deyə bilərəm ki, heç vaxt belə bir sifariş olmamışdır. Əgər Moskva belə bir sifariş vermək istəsəydi, onda bunu Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibləri Imam Mustafayevə və Vəli Axundova da verə bilərdi. Heydər Əliyev bunu öz təşəbbüsü ilə, azərbaycan xalqına, əsasən də Azərbaycan türklərinə qarşı düşmənçilik məqsədilə etmişdir.

Bu birinci növbədə Heydər Əliyevin geni ilə, yəni onun damarlarından türk qanı deyil, erməni və kürd qanı axması ilə bağlıdır. Digər tərəfdən də, Azərbaycan xalqının vəsaiti hesabına azərbaycan xalqının düşmənləri Siepan Şaumyana, Ivan Fioletova, Prokofi (Alyoşa) Caparidzeyə və Xl Qızıl Orduya abidələr ucaltmaqla Heydər Əliyev özünün Moskvaya, erməni və kürd xalqlarına həmişə sadiq qalacağını nümayiş etdirməsidir. Indi də Heydər Əliyevin varisi Ilham Əliyev, atasının yolunu davam etdirməklə, respublikanın köklü əhalisini, xüsusən də türkləri əzməklə, erməni və kürd millətləri üçün əlindən gələni etməkdədir.

Heydər Əliyevin varisi – oğlu İlham Əliyev respublikada əliyevçiliyi davam etdirəcəyinə söz verib. Əliyevçiliyin bel sütunu, yəni siyasi tərəfi regionçuluq, iqtisadi tərəfi korrupsiya və rüşvətxorluq, mənəvi tərəfi isə məddahlıq və yaltaqlıqdır. Azərbaycan xalqına bu lazımdırmı? Əsla yox!Indi isə Azərbaycan xalqının vəsaiti hesabına Azərbaycan xalqının bütün fəlakətlərnin baiskarı Heydər Əliyevə heykəlqoyma kampaniyasına onun varisi – oğlu Ilham Əliyev və ən yaxın silahdaşlarından biri olan, Prezident Aparatının rəhbəri, erməni əsilli Ramiz Mehdiyev rəhbərlik edir.

Hər bir xalqın və millətin tarixində istər sağlığında, istərsə də ölümündən sonra qəhrəmanları olub, var və olacaqdır. Bu müsbət şəxsiyyətlər də xalqın qəlbində özlərinə əbədi heykəllər ucaldırlar. Baxmayaraq ki, Heydər Əliyev və onun varisi – oğlu Ilham Əliyev Şərqdə ilk Demokratik Cumhuriyyətin – Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəyə qarşı savaş açdılar, lakin M.Ə.Rəsulzadənin heykəli əbədi olaraq vətənsevər Azərbaycan xalqının qəlbində ucalmışdır. Ümidvaram ki, tarixi saxtakarlıqlara son qoyulacaq, haqq-ədalət öz yerini tutacaqdır. Çox çəkməz Böyük və Qüdrətli ALLAHIN köməkliyilə başı bəlalı Azərbaycan xalqı öz arzusuna çatacaq, respublikada əliyevçiliyə son qoyulacaq və Heydər Əliyevə ədalətsiz olaraq Azərbaycan xalqının vəsaiti hesabına qoyulmuş çoxsaylı abidələr darmadağın ediləcəkdir. Vətənsevər Azərbaycan xalqının qəlbində özünə əbədi heykəl qoymuş M.Ə.Rəsulzadənin möhtəşəm abidəsi əbədi olaraq Bakının ən görkəmli yerlərindən birində ucaldılacaqdır.

Heydər Əliyev Stepan Şaumyanın 100 illiyi münasibətilə məruzəsini və Bakıda Stepan Şaumyanın abidəsinin təntənəli açılışındakı nitqini «LENIN IŞI UĞRUNDA, KOMMUNIZM UĞRUNDA MƏRD, MÜBARIZ» adı altında 20 min trajla kitabça kimi çap etdirmişdir (Bakı, «Azərbaycan Dövlət Nəşriyyatı», 1978-ci il.) Heydər Əliyevin əsl simasını oxuculara çatdırmaq üçün bu kitabçanı latın əlifbasında çap edirəm. Və eyni zamanda da Heydər Əliyevin 19 aprel 1980-cı ildə «Kommunist» qəzetində çap etdirdiyi Bakıda Xl Qızıl Ordunun şərəfinə qoyduğu abidənin təntənəli açılışındakı nitqini bu kitabda verirəm.

Ağayev Nadir Mirələkbər oğlu, memar,
iki dəfə Heydər Əliyev repressiyasının qurbanı.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır