Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Xarici KİV-ə istinadla
cümə

4 mart 2016

11:06:10
738744

Quzu Cildinə Girmiş Canavarlar

Türk Xəyanətkarlığı-“Ter-Petrosyan dedi ki, Ermənistan “Laçın dəhlizi”ni boşaltmağa hazırdır, Dəmirəl razılaşmadı”

Levon Ter-Petrosyanla Türkeşlə gizli görüş və illərlə açılmayan faktlar...

“Mən Süleyman bəyə dedim ki, ermənilər bizdən sərhədlərin açılmasını istəyirlər. Hətta bizə dedilər ki, əgər Türkiyə sərhədləri açsa, Ermənistan “Laçın dəhlizi”ni boşaltmağa hazırdır. Bizimlə görüşündə prezident Levon Ter-Petrosyan açıq şəkildə dedi ki, “Laçın dəhlizi” boşalırsa, bu, Ermənistan üçün də faydalı olardı. Yəni, Qarabağ probleminin həlli üçün danışıqlar aparmaq daha asan olar”- G.Çapan qeyd edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İstanbulun Esenyurt bələdiyyəsinin keçmiş sədri, CHP üzvü Gürbüz Çapanın 1995-ci ildə Ermənistana etdiyi səfər və İrəvanda o vaxtkı prezident Levon Ter-Petrosyanla keçirdiyi görüşün şok detalları açıqlanıb.

1995-ci il iyulun 1-də İstanbulun Esenyurt bələdiyyəsinin o dövrdəki sədri Gürbüz Çapan Ermənistana səfər edərək, İrəvanda o vaxtkı prezident Levon Ter-Petrosyan ilə görüşüb. Bu səfərin əsl məqsədi isə illər sonra Gürbüz Çapanın da adının keçdiyi “Ergenekon” məsələsi ilə bağlı verilən ifadələrdə üzə çıxıb. G.Çapan öz ifadəsində bildirib ki, 1995-ci ildə onun Ermənistana səfəri ABŞ-ın istəyi əsasında baş tutub. Onunla Ermənistana səfərə getmiş jurnalist-yazarlar Cengiz Çandar və Oral Çalışlar isə Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən təlimatlandırılıbmış.

G.Çapan qeyd edib ki, o, Ermənistana səfəri zamanı “soyqırımı abidəsi”ni də ziyarət etdiyini deyərək bildirib: “Ermənistana gedən zaman bizi “soyqırımı abidəsi”nə də apardılar. Biz Ermənistana səfərə gedəndə Türkiyənin prezidenti Süleyman Dəmirəl, Baş naziri isə Tansu Çillər idi. Onların hər biri bizim səfərimizdən məlumatlı idilər.

O, daha sonra Ermənistandan Türkiyəyə Tiflis üzərindən geri qayıdaraq prezident Süleyman Dəmirələ Qarabağ məsələsinin həlli üçün ermənilər tərəfindən irəli sürülən təklifləri çatdırdığına lakin S.Dəmirəlin onlara müxtəlif bəhanələr gətirərək bunu rədd etdiyinə işarə eədrək vurğulayıb: Prezident Süleyman Dəmirəl dedi ki, "azərilər bizim qolumuzdur, qohumdurlar. Onların razılığı olmadan biz heç bir addım ata bilmərik (!).

“Mən Süleyman bəyə dedim ki, ermənilər bizdən sərhədlərin açılmasını istəyirlər. Hətta bizə dedilər ki, əgər Türkiyə sərhədləri açsa, Ermənistan “Laçın dəhlizi”ni boşaltmağa hazırdır. Bizimlə görüşündə prezident Levon Ter-Petrosyan açıq şəkildə dedi ki, “Laçın dəhlizi” boşalırsa, bu, Ermənistan üçün də faydalı olardı. Yəni, Qarabağ probleminin həlli üçün danışıqlar aparmaq daha asan olar”- G.Çapan qeyd edib.

CHP üzvü vurğulayır ki, 1993-cü ildə Rusiyanın Ermənistana yardımları kəsilib və soyuq qış ayında ölkə çörəksiz qalıb: “O dövrdə Erməni Daşnak Partiyasının Fransa üzrə təmsilçisi Samson Özararat Avropadan Ermənistana göndərilən humanitar yardımları təşkil edən bir dərnəyin rəhbəri idi. S.Özararatın xahişi ilə Türkiyə Ermənistana 41 min ton buğda göndərdi. Ancaq iqtidarda olan Levon Ter-Petrosyan hakimiyyəti radikal erməni millətçilərinin təzyiqindən çox narahat olaraq çəkinirdi. Bununla əlaqədar olaraq S.Özararat Alparslan Türkeşlə Ankarada görüşür. Həmin görüş zamanı A.Türkeş deyir ki, 1915-ci il hadisələri 600 illik münasibətlərin qəzasıdır. Türkeş deyirdi ki, 1915-ci il hadisələrini xarici dövlətlər qabardaraq, türk-erməni münasibətlərini normallaşmağa imkan vermirlər. A.Türkeşin bu cür fikirlərindən sonra S.Özararat ondan xahiş edir ki, o, bu sözləri Ermənistan prezidentinə də şəxsən söyləsin. A.Türkeş isə bu xahişi qəbul edir”.

G.Çapan bildirir ki, A.Türkeş və L.Ter-Petrosyan 1993-cü il martın 13-də Parisin “Concorde meydanı”nda yerləşən “Crillon” otelində görüşürlər. Həmin görüşə Türkiyə tərəfindən A.Türkeşlə birlikdə səfir Tanşuğ Bleda, səfirlik müşavirləri Menter Şahinler və Tuğrul Türkeş qatılıb. Ermənistan tərəfindən isə Xarici İşlər naziri Vahan Papazyan və Ermənistan Prezidentinin xarici məsələlər üzrə sözçüsü, tarixçi Gerard Libaridian qatılır. Görüş təqribən 2,5 saat davam edir. Görüşü təşkil edən Samson Özararat bildirib ki, Paris görüşü erməni-türk münasibətlərində dönüş yarada bilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır