Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Vilayet
cümə axşamı

3 mart 2016

14:05:44
738638

İslam Təlimlərindən

Qorxaq alimin və saray mollasının cəmiyyətə faydası yoxdur!

Qorxmaq ayrıdır, qorxaq ayrı

Həzrət Əli (ə): Qorxu insanın zatındadır. Müəyyən həddə qədər faydalıdır. Orta həddi aşsa, insan qorxaq olar, cəmiyyətdəki quruculuqda rol oynaya bilməz...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Qorxu hamıda ola bilər. Amma insanı vəzifəsini yerinə yetirməkdən saxlayan qorxu ifratdır və belə insan qorxaq adlanır.

Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: Qorxaqla məsləhətləşmə. Qorxaq adam çətinlikdən çıxış yolunu sənə ağır göstərər...

Həzrət Əli (ə): Bir işdən qorxanda özünü onun ağuşuna at. Çünki işdən qorxu işin özündən daha ağırdır...

Həzrət Əli (ə): Qorxu insanın zatındadır. Müəyyən həddə qədər faydalıdır. Orta həddi aşsa, insan qorxaq olar, cəmiyyətdəki quruculuqda rol oynaya bilməz...

Həzrət Əli (ə): Allahdan başqasına ümid, Allahdan başqasından qorxmaq puç və yanlışdır...

İmam Baqir (ə): İmanlı insan qorxaq olmur...

Həzrət Peyğəmbər (s) göstəriş vermişdi ki, qorxaq adamlar müharibəyə aparılmasın, onlar başqalarının da ruhiyyəsini zəiflədir...

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır