Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə axşamı

1 mart 2016

17:29:33
738283

Yaltaqlar

ANS, Vatikan xarabaqlıqlarını bəzəyən Mehriban Əliyevaya “ilin adamı” mükafatın verdi!

Məddah Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun prezidenti məddah Vahid Mustafayev M.Əliyevaya mədhiyyələr söyləyiblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vatikanın xarabalıqlarını borc içində üzən və borcu ödüyə bilmədiyi üçün özünü yandıran Azərbaycan xalqının sərvəti hesabına təmir edən eyni zamanda 1- Heydər Əliyev Fondunun prezidenti, 2- Milli Məclisin deputatı, 3- UNESCO-nun, 4- ISESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Mərasimdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti məddah Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun prezidenti məddah Vahid Mustafayev çıxış edib, mədhiyyələr söyləyiblər.

Daha sonra V. Mustafayev “2015-ci ilin adamı” mükafatının diplomunu və pul mükafatını Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır