Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə

17 fevral 2016

18:21:12
735462

İlahi İncilərin Nur Sil-Siləsi

“İmam Musa Sədrin Təcrübələrini Araşdırmaq” adlı Həyat Üçün Müzakirə Forumu - Foto

Foruma İmam Musa Sədrin bacısı və İmam Musa Sədrin 31 Avqust 1978-ci ildə sionist israil rejimi tərəfindən oğurlandıqdan sonra özünün Livan Şiələri üçün təsis etdiyi bir neçə müəssisələrinin rəhbəri Xanım Rübab Sədr də, çıxış edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Müqəddəs Qum şəhərində İslam və Xristianlıq dinlərinin böyük şəxsiyyətlərinin iştirakı ilə, “İmam Musa Sədrin Təcrübələrini Araşdırmaq” adlı Həyat Üçün Müzakirə Forumu keçirilib.

Foruma İmam Musa Sədrin bacısı və İmam Musa Sədrin 31 Avqust 1978-ci ildə sionist israil rejimi tərəfindən oğurlandıqdan sonra özünün Livan Şiələri üçün təsis etdiyi bir neçə müəssisələrinin rəhbəri Xanım Rübab Sədr də, çıxış edib.

İmam Musa Sədr Kimdir?

İmam Musa Sədr 1928-ci ildə Qum şəhərinin "Eşqəli məhəlləsi"ndə ruhani ailəsində dünyaya göz açmışdır. Atası mərhum Ayətullah-üzma Seyid Sədrəddindir. Musa Sədr 1942-ci ildən başlayaraq on il müddətində Qum Elmi hövzəsində təhsil alır. Hövzədə təhsil almaqla yanaşı Tehran Universitetinə daxil olur və iqtisadçı-hüquqşünas ixtisasına yiyələnir. 1944-cü ildən Nəcəf Elmi hövzəsində təhsilini davam etdirir. Musa Sədr 28 yaşında ailə həyatı qurur. Onun bu izdivacdan iki oğlu (Sədrəddin, Həmid), iki qızı (Hura, Məlihə) dünyaya gəlir.

Livana Səfəri

İmam Musa Sədr 1960-cı ildə Livandan çoxsaylı müraciətlər əsasında baba yurduna 30 günlük səfərə çıxır. Amma Livandakı vəziyyət onu bu ölkədə qalıb fəaliyyət göstərməyə vadar edir.

İmam Müsa Sədr öz fəaliyyətlərinə Sur şəhərində imam-camaatlıqla başlayır. Qısa bir müddətdə əmin olur ki, ölkədəki məhrumiyyətlərin əsas səbəbi ideoloji və iqtisadi yoxsulluqdur. Həftədə iki dəfə Beyruta gedib orada çıxışlar edən İmam Musa Sədr xalqın etimadını qazanır və Livanda irimiqyaslı islahatlara başlayır.

İslahatlar

Livan məktəblərinin dərs proqramları Fransanın mənafelərinə xidmət edən qüvvələr tərəfindən hazırlanırdı. İmam Musa Sədr bir zaman babası Şərəfəddin tərəfindən Beyrutda təsis olunmuş mədrəsənin fəaliyyətlərini gücləndirir və bu mədrəsə qısa bir zamanda universitetə çevrilir. Üzücü fəaliyyətlər Musa Sədrin ciddi təlaşları sayəsində Livanda sənət məktəbi, xeyriyyə cəmiyyəti, qadın təşkilatı, tibb bacıları hazırlayan məktəb, tibbi xidmət şö`bələri, xalçaçılıq sexləri açılır. İmam Musa Sədr Livanda ən adi haqlardan məhrum Şiələr üçün məclis tə`sis edir, ciddi müxalifətə baxmayaraq Şiələrin parlamentdə təmsil olumasına nail olur.

Yağı Düşmən israil ilə Mübarizə

İmam Musa Sədr Livanı işğal etmiş Yaxın Şərq və məntəqədəki yağı düşmən sionist israil ilə mübarizə üçün "Məhrumlar hərəkatı" yaradılır. Bu ictimai təşkilatın ardınca "Əməl" hərbi təşkilatı təsis edilir. İmam Musa Sədr müxtəlif dini əqidələrin səhnədə olduğu Livanda öz sülh və dostluq şüarı ilə qəlblərə yol tapır. Onu təkcə Şiələr yox, Sünni məzhəbli Müsəlmanlar və başqa din ardıcılları Livanın xilaskarı sayır. Və elə bu səbəbdən də, ona İmam-rəhbər ləqəbi verilir. İmam Musa Sədr Livandakı iyirmi illik fəaliyyəti dövründə məntəqədəki siyası durumu dəyişməyə müvəffəq olur. Onun Avropa, Afrika ölkələrinə səfərləri Livana yeni münasibətin formalaşmasında mühüm rol oynayır...

İmam Musa Sədr İtkin Düşdü

1979-cu ildə, ağrısı hələ də yaşanan bir gündə Liviya dövləti tərəfindən rəsmi dəvətlə həmin ölkəyə səfərə çıxmış İmam Musa Sədr iki köməkçisi – Şeyx Məhəmməd Yaqub və Abbas Bədrəddinlə birikdə müəmmalı şəkildə yoxa çıxdı. Özünü "yer üzündə Allahın xəlifəsi" sayan Liviya prezidenti Müəmmər Qəzzafi bu gün də, İmam Musa Sədrin oğurlanmasında əsas fiqur sayılır. İmam Musa Sədrin oğurlanması İslam dünyasında, imanlı insanlar arasında böyük təlatüm yaratsa da, bu müəmma hələ də öz həllini tapmamışdır.  

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır