Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ANSPress
bazar ertəsi

15 fevral 2016

14:23:51
735088

Müsahibə

M. Pak Ayin: Türkiyə və Rusiya terrorizmlə mübarizədə birləşməlidirlər

İran İslam Respublikasının Azərbyacandakı səfiri Möhsün Pak Ayin Ankara ilə yaranmış problemlərdən danışdı.

Möhsün Pak Ayin: "Biz Suriyanın ərazi bütövlüyünün, hakimiyyətinin və suverenliyinin tərəfdarıyıq. Eyni ilə də İraqın. Biz İraqın bölünməsinə yol verməməliyik. Həm İraqda həm də Suriyada bu gün qanuni hakimiyyət, qanuni dövlət hakimiyyətdədir. Hər hansı ölkə bu ölkələrin daxilində terrorla mübarizə aparmaq istəyisə hökmən bu ölkələrin hakimiyyəti ilə razılaşdırılmalıdır."

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı İranın Azərbyacandakı səfiri Möhsün Pak Ayin olub. İranın iki nəhəng qonşu ölkə Rusiya və Türkiyə münasibətləri haqqında danışan səfir iki ölkə arasında vəziyyətin gərginləşməsindən danışıb.

Onun sözlərinə görə, Türkiyə və Rusiya İrana yaxın və dost ölkədir. Və hər iki ölkə regionda təhlükəsizliyin qeydinə qalmalıdır. Təhlükəsizliyin təmin olunması ilə bağlı əsas məsələ terrorizmlə mübarizədir.Yəni regiondakı bütün ölkələr əzmlə terrorçularla mübarizə aparmalıdır

Səfir bildirib ki, Türkiyə və Rusiya terrorizmlə mübarizədə birləşməlidirlər. Regiondakı digər ölkələrə də yardım göstərməklə mübarizəyə qatılmalıdırlar. Regionda sabitliyi bərqərar etməlidirlər ki, bölgədə iqtisadi inkişaf baş versin. Ona görədə iki ölkə bu məslələri səbrlə həll etməlidir.

"Biz Suriyanın ərazi bütövlüyünün, hakimiyyətinin və suverenliyinin tərəfdarıyıq. Eyni ilə də İraqın. Biz İraqın bölünməsinə yol verməməliyik. Həm İraqda həm də Suriyada bu gün qanuni hakimiyyət, qanuni dövlət hakimiyyətdədir. Hər hansı ölkə bu ölkələrin daxilində terrorla mübarizə aparmaq istəyisə hökmən bu ölkələrin hakimiyyəti ilə razılaşdırılmalıdır," - deyə səfir vurğulayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır