Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azərbaycan KİV-i
bazar ertəsi

1 fevral 2016

14:28:49
732887

Sağlamlıq

Bu “şampun”lardan istifadə etməyin, sizi öldürə bilər? - Necə xilas olaq?

Qabın arxasında tərkib yerində BİO yazılıbsa, deməli bunlar üzərinə kimyəvi qatqı düsturu yazılmış şampunlardan yaxşıdır.

1970-ci ilə kimi şampunların tərkibinə kimyəvi maddə qatılmırdı. 70-ci ildən başlayaraq, şampunlara az miqdarda kimyəvi qatqı qatılmağa başladı. İndi isə bu qatqılar o həddə çatıb ki, saç tökülməsi, dəri-saç dibi problemləri və qaraciyər xəstəliklərinə səbəb olur.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Təbii şampun, yoxsa kimyəvi qatqılı şampun? Əlbəttə, hər kəs xeyirli olanı seçmək istəyər. Lakin satışdakı şampunların tərkibi nədən ibarətdi? Kimyəvi qatqı nədir? Bunları bilirikmi?


Zərərləri…

1970-ci ilə kimi şampunların tərkibinə kimyəvi maddə qatılmırdı. 70-ci ildən başlayaraq, şampunlara az miqdarda kimyəvi qatqı qatılmağa başladı. İndi isə bu qatqılar o həddə çatıb ki, saç tökülməsi, dəri-saç dibi problemləri və qaraciyər xəstəliklərinə səbəb olur.

Sual verə bilərsiniz, şampunla qaraciyərin nə əlaqəsi var?

Saç yuyularkən şampun bədənə tökülür, dərinin tənəffüsü nəticəsində zamanla orqanizmimizə daxil olur. Nəticədə kimyəvi qatqı qaraciyərin fəaliyyətində ciddi problem yarada bilir. Hətta bəzi adamlar saç şampunu ilə bədənlərini də yuyurlar. Kimyəvi tərkibli şampun həmçinin üz, boyun, bədən dərisini də sıradan çıxarır. Bu məhsullar astma və alergiyalı adamlar üçün çox ziyanlıdır.

Bəs necə istifadə etməli?

Kimyəvi şampunlarla saçları yuduqda əvvəlcə duşun altında bütün bədəni su ilə islatmaq lazımdır ki, şampun quru dəriyə dəyməsin.

Kimyəvi qatqılı məhsul almaq istəmirsinizsə, mütləq şampun qabının arxasında yazılan tərkibə diqqət edin. Əgər SLS, yaxud SLSE, yəni Sodium Laureth Sulfate Extra yazısı varsa, demək, kiməvi qatqılıdır. Hətta qabın üzərində bitki şəkili olsa belə! Həmçinin kimyəvi şampunların tərkibinə süni bakteriya öldürücü olan paraben, saçlara süni şəkildə parlaqlıq və həcm vermək üçün silikon, quru saçlar üçün nəmləndirici sulfat qatqısı qatılır.


Şampunun təbii tərkibli olmasını necə bilək?


Qabın axasında tərkib yerində BİO yazılıbsa, deməli bunlar üzərinə kimyəvi qatqı düsturu yazılmış şampunlardan yaxşıdır. Yox, ürəyiniz bunlara da isinmirsə, özünüz təbii şampun hazırlaya bilərsiniz.

Təbii şampun necə hazırlanır?

2 xörək qaşığı (x.q.) gicitikan, 2 x.q. çobanyastığı və ya hansı otları istəyirsinizsə (rozmarin, itburnu, aloye və s.), yaxud təbii yağlardan (lavanda, küncüt, nanə, likon, çiyələk, yasəmən, portağal, ərik, E vitamini yağı v.s) qata biləriniz. Əgər bu yağlardan biri qatılacaqsa, 2 x.q qatılır. Yox, çox yağ qatmaq istənilsə (41 çeşidə kimi yağ qatıla bilər), hər yağdan 1 damcı qatılmalıdır. Otlardırsa, dəmlənəcək, yağlardırsa, şampun bişirilib soyuyandan sonra qatılacaq.
Daha sonra 72%-li paltar sabunu rəndənin xırda gözündən keçirilir. Bütün hazırladıqlarınız 2 litr isti suyun içinə tökülür, əriyinə qədər qarışdırılır. Dəmlənmiş otlar varsa, onlar da əlavə edilir. Sonra vam odun üzərində qaynadılır. Soyuyandan sonra bura 4 ədəd E vitamini yağı sıxılır, 0.5 çay qaşığı qliserin tökülür və istədiyiniz yağlar qatılır. Qarışdırılır və şampun hazırdır. Nə qədər istıəsəniz, saxlamaq olar.
Yaxud 0.5 ədəd 72%-li paltar sabununu sürtkəcdən keçirin, 1 litr su əlavə edib bişirin. Ocaqdan göturəndən sonra bir qədər soyudun, sonra 1 yumurta, 5-6 damcı bitki yağı, 2 x.q. portağal, ya da limon suyunu və az öncə dəmlənmiş, tənziflə süzülmüş bitki suyunu bura əlavə edin. Yaxşıca qarışdırın, alınan məhlul qatı olacaq. Bu şampunu iki gün soyuducuda saxlamaq olar.

Tahirə 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır