Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azərbaycan KİV-i
çərşənbə axşamı

22 dekabr 2015

16:05:29
726333

İncəsənət Xadimləri

Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat edib

Mərhum anasının yanında dəfn olunub.

Ə.Məmmədoğlunun ailəsindən bildiriblər ki, aktyorun səhhəti qəfil pisləşəndən sonra “təcili yardım” gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əməkdar artist Ələsgər Məmmədoğlu bu gün, dekabrın 22-də “Qurd qapısı” qəbiristanlığında, anasının yanında dəfn olunub.

Ə.Məmmədoğlu ilə vida mərasimi bu gün saat 12:00-14:00 radələrində Süleyman Sani Axundov, 4 ünvanında (“Bolluq bazarı” ilə üzbəüz), mərhumun evində keçirilib.

Bildirək ki, aktyor dünən axşam saat 21:00 radələrində öz evində dünyasını dəyişib.

Ə.Məmmədoğlunun ailəsindən bildiriblər ki, aktyorun səhhəti qəfil pisləşəndən sonra “təcili yardım” gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Allah Rəhmət Etsin!

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır