Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : musavat.com
cümə axşamı

17 dekabr 2015

20:06:39
725545

Tövbə cəmiyətinin sədri dolayısı ilə İlhama səsləndi

Hacı Əbdül: “MTN-də ifşa olunan dəstə ki, Nəcəfdə, Qumda, ya Suriyada təhsil almamışdı”

Vəhabilər hətta özlərini sünni kimi qələmə verirlər ki, sünni və şiələr arasında nəsə yaratsınlar, amma boş şeydir.

Nardaran bir o qədər də varlı kənd deyil. Kənd dənizin hesabına dolanırdı. Dənizi əllərindən aldılar, camaat müflisləşdi. Dənizi almısansa, başqa şey verməlisən də. Vermədilər. Fabrik yox, böyük heyvandarlıq kompleksləri, əkinçilik yox, bu kənd nə ilə dolansın? Tək ora deyil ki, Azərbaycanın istənilən məntəqəsində eyni vəziyyət yarana bilər. Vəhabilər hardan əmələ gəldi? Hamısı Səudiyyə Ərəbistanının maliyyəsidir də.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 26 Noyabr Qanlı Nardaran faciəsi əliyev sülaləsinin daxilində gedən çəkişmənin üzərindən asıla biləcək bir pərdə idi. Xalqın fikri MTN-nin sülaləyə etdiyi və acı bağırsaq kimi uzanan “xəyanətin”dən çəkindirmək lazım idi...

Musavat qəzetinin müxbiri bu kimi məsələlərə ilə bağlı Hacı Əbdül ilə müsahibə aparıb. Müsahibənin bir qismini təqdim edirik:

- Yeni qanuna əsasən, xaricdə təhsil alanlar artıq dini mərasimləri idarə edə bilməyəcək. Bu qərara necə baxırsınız?

- Şəxsən mən burda, İslam Universitetində təhsil almışam, qanun mənə aid deyil. Amma bu qanunu yaxşı qarşılamadım. Onun yaxşı tərəfi də var, pis tərəfi də. Əməli, işi yaxşı deyilsə, təbii ki, həmin adamlara qadağa qoymaq lazımdır. Amma xalqa, millətə, dinə xidmət edirsə, niyə məclis aparmamalıdır? Hər kəsin getdiyi yol məlumdur. Görürsən yoldan çıxır, cəzalandır. Gözümüzün qabağında MTN-də görün nələr oldu. Ora etibarlı yer idi, orda belə hadisələr baş verdisə, başqa yerlər təəccüblü deyil. MTN-də ifşa olunan dəstə ki, Nəcəfdə, Qumda, ya Suriyada, Səudiyyə Ərəbistanında təhsil almamışdı. Ancaq dövlətə xəyanət edənlərin, İŞİD-ə qoşulanların vətəndaşlıqdan məhrum edilməsini dəstəkləyirəm.

- Nardaranda baş verənlər sizinçün gözlənilməz olmadı ki?

- Gözləmirdim. Nə qanlı, nə qansız hadisəni... Nardaran hadisələri çoxşaxəlidir e...

- Hardan qaynaqlanır?

- Hər yerdən. Bir dənə İrana bağlayasan, ya MTN-ə bağlayasan, bu, düzgün olmaz. Yəni hamısının orda kəşfiyyatı var (admin: Hacı Əbdül üstüörtülü demək istəyir ki, sionizimin burda göstərişi var). Hər kəs lazım gələndə qızışdırır və arada məzlum camaat əziyyət çəkir.

- Hacı Taleni tanıyırdınız?

- Yox, heç görməmişəm.

- Necə bilirsiniz, Nardarandakı ocağı birdəfəlik sönmüş saymaq olarmı?

- Əlbəttə, dövlətin kasıb kəndlərə yardımı olmalıdır. Nardaran bir o qədər də varlı kənd deyil. Kənd dənizin hesabına dolanırdı. Dənizi əllərindən aldılar, camaat müflisləşdi. Dənizi almısansa, başqa şey verməlisən də. Vermədilər. Fabrik yox, böyük heyvandarlıq kompleksləri, əkinçilik yox, bu kənd nə ilə dolansın? Tək ora deyil ki, Azərbaycanın istənilən məntəqəsində eyni vəziyyət yarana bilər. Vəhabilər hardan əmələ gəldi? Hamısı Səudiyyə Ərəbistanının maliyyəsidir də.

- Ölkədə hətta sünni-şiə qarşıdurması yaratmaq istəyən qüvvələr ola bilərmi?

- Hər kəs ki, Azərbaycanda sünni-şiə qarşıdurması yaratmaq fikrindədir, bilsin ki, bu, boş xəyaldır. Azərbaycanda heç vaxt sünni-şiə problemi olmayıb. Amma vəhabi təhlükəsi var, onlardan özümüzü gözləməliyik, hələ 50 il bundan qabaq demişəm. Vəhabilər hətta özlərini sünni kimi qələmə verirlər ki, sünni və şiələr arasında nəsə yaratsınlar, amma boş şeydir.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır