Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fesybuk sosial şəbəkəsi
cümə

13 noyabr 2015

11:52:14
719727

Şəri Sual və Cavab

Ölüyə və qəbirstanlıqda Quranın ''Yasin'' surəsini oxumaq olarmı?

Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə və qəbirstanlıqda ''Yasin'' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır və günahları bağışlanır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Sual: İslamda ölüyə Quran və yaxud onun Yasin sürəsin oxumaq düzgündürmü?

Cavab : Biz bu suala məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab versək daha məqsədə uyğun heab edirik.

1-    Məhəmməd Həqqi həzrətləri ''Sirlər Xəzinəsi'' kitabında (''Hazinətül-Esrar'' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: ''Yasin'' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.''

2-    ''İslami həqiqətlər'' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: ''Gecə sırf Allah rizası üçün ''Yasin'' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.''

3-    Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki, (''Ruhil-bəyan'' təfsiri ''Dörd səhih hədis'' kitabı Əbu Hüreyradan, 1044-1066-cı hədis) Peyğəmbəri Əkrəm buyurub: ''Qəbristanlığa girib ''Yasin'' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş (admin: əzab qəbr əhlinin üzərindən götrülər) olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.''

P.S: Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə və qəbirstanlıqda ''Yasin'' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır və günahları bağışlanır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır