Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Cenubnews "SHAFAQNA"-ya istinadən
cümə axşamı

15 oktyabr 2015

13:00:51
715242

Mahi Mühərrəm Gəldi

Ayətullah Şirazi: “Məhərrəmdə qırmızı xəttlərə riayət edin!”

Ayətullah Məkarim Şirazi, Qum Şairləri və məddahları heyətinin üzvləri ilə görüşüb.

Görüşdə Ayətullah Şirazi bildirib ki, "İmam Hüseyn (əleyhi səlam) üçün yas tutmaq çox problemləri həll edə biləcək bir sərmayədir".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Mərcei-təqlid alimlərindən olan Ayətullah Məkarim Şirazi, Qum Şairləri və məddahları heyətinin üzvləri ilə görüşüb.

Görüşdə Ayətullah Şirazi bildirib ki, "İmam Hüseyn (əleyhi səlam) üçün yas tutmaq çox problemləri həll edə biləcək bir sərmayədir".

Məkarim Şirazi bildirib ki, "Biz 56-cı ildə (miladi təqvimi ilə 1977-ci il) Mahabadda sürgündəydik. Mahabad, digər şəhərlərdən fərqli olaraq səssiz və sakit idi. Mahabadda əhli-sünnət alimləri ilə əlaqə qurduq. Biz onlara bildirdik ki, bu şəhər, oyanıb amma siz səssizcə dayanırsınız. Əhli-sünnət alimləri iki tərəfin fərqləri olduğunu diqqətə çatdıraraq, biz dövlətə bağlıyıq amma siz azad və müstəqil yaşayırsınız və sizin İmam Hüseyn üçün yas mərasimlərinz var. Siz minlərlə insanı bir araya yığaraq etiqadı və siyasi mövzuları danışa bilirsiniz amma bizim üçün 50 nəfəri bir araya yığmaq çox çətindir. O an Allahın Əhli-beytin bərəkəti ilə bizlərə necə böyük bir nemət verdiyi anladım.

Həqiqətən də Aşuranın təxmin edilə bilməyəcək qədər böyüklükdə təsiri var. Bizim "İmam Hüseynə Yas" adında böyük bir nemətimiz var. Bu səbəblə matəm məclisi təşkil edənlər, vaizlər və mərsiyəxanlar ağır bir məsuliyyət daşıyırlar. Əgər bu üç qrup işlərini mükəmməl şəkildə icra etsələr İmam Hüseyn (ə) üçün təşkil edilən matəmin böyük təsiri olacaq.

Matəm məclisləri, din, iqtidar, müstəqillik və dünya üçün potensial bir güc qaynağıdır. Məclislərin ləyaqətsiz və ədalətsiz insanların əlinə düşməməsi üçün ayıq olmaq lazımdır. Çünki belə məclislərin bərəkəti olduğu kimi təhlükələri və zərərləri da böyükdür. Bəzən səhv şüarlarla insanlar istiqamətləndirilir və buda düşmənlərinin əlinə pis bəhanələr verir.

Bəziləri qırmızı xəttə riayət etmir, "məclislərimizin sıxlıq olması üçün adam toplamaq lazımdır" deyirlər. Hamımızın məsuliyyətləri var. İmam Hüseyn (ə) üçün təşkil edilən matəm məclislərini təmiz şəkildə tanıdmaq lazımdır. Buna nail olmaq üçün məddahlar, qəhrəmancasına hərəkət etməlidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır