Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azərbaycan KİV-i
bazar

27 sentyabr 2015

13:50:24
712586

QMİ-n Sədri Fəaliyyətə Keçdi

Paşazadə ABŞ-da erməni kilsəsinin başçısı ilə görüşdü

Din xadimləri Qarabağ münaqişəsini müzakirə etdilər.

İkitərəfli görüşlər çərçivəsində A. Paşazadə, həmçinin, Amerika erməni kilsəsinin başçısı Arxiyepiskop X.Barsamyanla görüşüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə “Vicdana çağırış” Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində rəsmi səfərdə olub.

QMİ-dən verilən məlumata görə, fondun xəttilə hər il dünya çapında böyük xidmət sahibi olan nüfuzlu şəxsiyyətlərə İlin mükafatının təqdim olunması münasibətilə təşkil olunan təntənəli mərasimə A. Paşazadə dəvətli olur.

QMİ sədri mərasimə dəvət olunmuş bir sıra tanınmış dövlət və din xadimləri, o cümlədən, BMT Baş katibinin müavini Yan Eliasson, YUNESKO-nun Baş direktoru İrina Bokova, BMT Sivilizasiyalar Alyansının yuksək nümayəndəsi Naser Əl-Nassir, ABŞ yunan pravoslav kilsəsinin rəhbəri arxiyepiskop Demetriosla, Finlandiya, İsveç və b. ölkələrin rəsmiləri ilə görüşlər keçirib.

İkitərəfli görüşlər çərçivəsində A. Paşazadə, həmçinin, Amerika erməni kilsəsinin başçısı Arxiyepiskop X.Barsamyanla görüşüb.

Görüş zamanı Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması yönündə dini liderlərin səylərinin əhəmiyyəti və görüşlərin davam etdirilməsi zərurəti vurğulanıb.

Nyu-Yorkda keçirilən görüşlərdə Şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın ABŞ-dakl Fövqəladə və Səlhiyyətli səfiyi Elin Süleymanov müşayiət edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır