Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslaminsesi
cümə axşamı

9 iyul 2015

09:36:54
699863

Ümümdünya Qüds Günü

Qüds Günü müsəlmanlara zəfərə inamı təlqin edir

Zülfüqar Mikayılzadə: Qüds Günü müsəlmanlara vahid İslamın vahid mübarizə hədəfini göstərdi.

Alimlərimiz Qüds Gününü dünyaya anlatmaqla göstərdi ki, dünyada sünni- şiə problemi yoxdur, vahid islamın vahid mübarizə hədəfi var.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qüds Günü ilk dəfə 1982-ci ildə İslam İnqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İİR-da, Livanda və bir çox Müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri məqsədi ilə Qüds Günü keçirilir.

Mübarək Ramazan ayının son cüməsi bütün dünyada olduğu kimi Azərbaycanda da beynəlxalq Qüds Günü kimi qeyd edilir.

İslaminsesi.org öz oxucularını gündəlik olaraq Qüds Günü və onun önəmi ilə bağlı ilahiyyatçıların, siyasətçilərin və ziyalıların mövqeyi ilə tanış edir. Bu günkü müsahibimiz tanınmış islam alimi Zülfüqar Mikayılzadədir.

-Qüds Gününün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

-Qüds Gününün əhəmiyyətindən danışarkən, bir məsələyə xüsisi diqqət yetirmək lazımdır. Quranın və Ramazan ayının bizə aşıladığı ən ümdə məsələ əslində insanın özünə inamıdır. İnsan Allahın yer üzündə şah əsəridir və bundan böyük bir məqam yoxdur. Bu gün dünyada şeytan və şeytanın balaları təbliğat yayırlar ki, siz mübarizə aparıb qələbə qazanmağı bacarmayacaqsınız. Bunu dünya xalqlarına, müsəlman xalqlarına aşılamaq istəyirlər. Bu baxımdan Qüds Günü özünəinamın təcəssümü oldu. Bu müraciət, çağırış bütün dünyada müsəlmanların özünə inamını qaytarmağa hesablanmışdı və hədəfinə də çatmaq üzrədir. Bu baxımdan Qüds Günü bütün islam dünyası üçün böyük əhəmiyyət kəsb edir.

-Bu müraciət Azərbaycan xalqı üçün hansı önəm kəsb edir?

- Bu mövzu bizim üçün təkcə ona görə mühüm deyil ki, torpaqlarımız işğal atındadır. Təkcə Qarabağ deyil, Suriyada, Yəməndəki problemlər də eyni mahiyyət daşıyır. Biz nə xristianlarla, nə yəhudilərlə mübarizə aparmırıq. Biz yanlış fikirlə, sionist təfəkkkürlə mübarizədəyik. Bunu din mübarizəsi kimi qələmə verirlər. Amma burda din mübarizəsi getmir, sünni - şiə davası getmir. Bizim alimlərimiz Qüds Gününü dünyaya anlatmaqla göstərdi ki, dünyada sünni- şiə problemi yoxdur, vahid islamın vahid mübarizə hədəfi var.

-Qüds Günü müsəlmanlara hansı fikirləri təlqin edir?

-İnsan hec vaxt ümidini itirməməlidir, gələcəyə nikbin baxmalıdır. Allah Qurani -Kərimdə Məkkənin azad edilməsini böyük qələbə kimi təqdim edib. İllərlə peyğəmbər Məkkəni bütpərəstlərin işğalından azad etmək yolunda mübarizə apardı. Allah müqəddəs kitabda Məkkənin fəthinin səbəblərini müsəlmanlara nəsib elədi. Surədə deyilir ki, biz Məkkəni sizin üçün fəth etdik. Allah sizə yenilməz kömək etdi. Allah buyurub ki, bütpərəstləri ona görə cəzalandırdıq ki, onlar Allaha bədbin idilər. Allah Məkkənin azadlığının açarını Ona nikbin olanlara bəyan etdi. Qüds Günü də müsəlmanlara məhz zəfərə inam, mübarizə yolunda qələbə ümidi təlqin edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır