Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar ertəsi

13 aprel 2015

06:05:00
683229

Ağlın İtirmiş Ağılsızlar

Anormal sələfilərin növbəti qəhrəmanlıqları – Vandal vəhhabilər Aşşur imperiyasına aid bir şəhəri viran etdi – Foto

Sələfi vəhşiləri İraqda yerləşən qədim bir ərazini viran edərək hadisənin görüntülərini sosial şəbəkələrdə yayımlayıblar.

Sionist qüvvələrin tam dəstəyi ilə dünyanın dörd bir tərəfindən İraq və Suriyaya gətizdirilən ağılsızlar Mosulun Cənub Şərqindən 30 km aralığda yerləşən Aşşur imperiyasının saldığı şəhəri daxilindəki bütün tarixi əşyalar ilə birlikdə darmadağın ediblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bəşəriyyətə və onun tarixinə qənim kəsilmiş VOVA-lar bir daha özlərini dünya xalqlarına sübut etdilər. Hamilə qadınların bətinlərini yarıb körpəni çölə çıxartmaq, həlak olmuş əskərin sinəsini yarıb ürəyini çıxararaq ətini yemək, homoseksuallığı və zinanı Cihad kimi qələmə verərək və s. iyrənc işlər ilə məşğul olan anormal VOVA-lar bəşər tarixinə də rəhm etmirlər.

Belə ki, qondarma “İŞİD” adlı sələfi vəhşiləri İraqda yerləşən qədim bir ərazini viran edərək hadisənin görüntülərini sosial şəbəkələrdə yayımlayıblar.

Terrorçular tərəfindən ictimai şəbəkələrdə yerləşdirilən videoda aydın göstərilir ki, ağılsız vəhhabilər Nəmurdun (lənətullahi əleyh) dövründən qalmış qədim şəhəri dağıdıblar.

Sionist qüvvələrin tam dəstəyi ilə dünyanın dörd bir tərəfindən İraq və Suriyaya gətizdirilən ağılsızlar Mosulun Cənub Şərqindən 30 km aralığda yerləşən Aşşur imperiyasının saldığı şəhəri daxilindəki bütün tarixi əşyalar ilə birlikdə darmadağın ediblər.

Aşşur imperiyasının qaşı sayılan Nəmrudun saldığı şəhər Miladdan 13 əsir öncə Dəclə çayı sahillərində salınmışdır.

UNESCO İraqın qədim tarixi abidələrinin qondarma “İŞİD” adlı terror qruplaşması tərəfindən dağıdılmasını müharibə cinayəti kimi qələmə verərək bu qeyri insani addımı məhkum edib.

Qeyd edək ki, Aşşur imperiyasının adı Orta Tunc dövründə Yuxarı Dəclə çayının ətraflarında yerləşən ərazidə burada mövcud olmuş qədim Aşşur şəhəri ilə bağlıdır. Aşşur İmperiyası öz zamanında Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli bir dövlətə çevrilmişdir.

Aşşur dövləti – Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII-VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta yetirilir və torpaqları iki dövlət tərəfindən bölünür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır