Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə

4 fevral 2015

18:00:54
669319

İmam Hüseynin (ə) hərəminin təmir işləri davam edir

İmam Hüseynin (ə) Şəhid olduğu yerin üzərindəki divarda kitabə yapışdırıldı – Foto

İranlı sənətkarların düzəltdikləri kitabə İma Hüseynin (əleyhi səlam) pak hərəmində, qətligahda asıldı.

Hərəmin texniki mühəndisliki üzrə direktoru Kərim əl Ənbari: “Kətibənin xüsusiyyətlərindən biri də, kətibə üzərində 14 Məsum niyyətinə 14 ədəd Muhəmmədi Gülü (qızıl gül) və 12 İmam niyyətinə 12 gül tumurcuqları işlənilib. Kətibənin digər tərəfində isə, İmam Hüseynin (əleyhi səlam) barmağında gəzdirdiyi əqiq daşlı üzüyün şəkili həkk olunub və üzükün əqiq daşı üzərində də, İmam Sadiqdən (əleyhi səlam) nəql olunan rəvayətə görə, “İnnəllahə Baliğu Əmrih” (Şübhəsiz Allah İsdədiyini Çatdıracaq) kəlməsi yazılıb.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İmam Hüseynin (əleyhi səlam) hərəminin qətligahında- İmamın Şəhid olduğu yer, kitabə asılıb.

Hərəmin işçiləri tərəfindən gətligahın divarında yerləşdirilən kitabə İran İslam Respublikasının sənətkarları tərəfindən düzəldilmiş bir incəsənətdir.

Hərəmin texniki mühəndisliki üzrə direktoru Kərim əl Ənbari bu haqda açıqlama verərək bildirib: “Üzərində “Əssəlamu Əlad Dimais Sailat” (Salam olsun həmişə axan qana) yazılmış kətibə İran İslam Respublikasının məşhur sənətkarları tərəfindən düzəldilib.”

O daha sonra deyib: “Kətibənin xüsusiyyətlərindən biri də, kətibə üzərində 14 Məsum niyyətinə 14 ədəd Muhəmmədi Gülü (qızıl gül) və 12 İmam niyyətinə 12 gül tumurcuqları işlənilib. Kətibənin digər tərəfində isə, İmam Hüseynin (əleyhi səlam) barmağında gəzdirdiyi əqiq daşlı üzüyün şəkili həkk olunub və üzükün əqiq daşı üzərində də, İmam Sadiqdən (əleyhi səlam) nəql olunan rəvayətə görə, “İnnəllahə Baliğu Əmrih” (Şübhəsiz Allah İsdədiyini Çatdıracaq) kəlməsi yazılıb.”

Qeyd edək ki, kətibənin hündürlüyü 80 sm, eni 20 sm, uzunluğu isə, 4 m 25 sm-dir. Ümumi çəkisi 600 kq olan kitabə Tık ağacından düzəldilmiş qalib üzərinə çəkilmiş qızıl suya batırılmış mis lövhələrdən ibarətdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır