Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar ertəsi

26 yanvar 2015

18:31:21
667328

Yaxın Şərq

Bəşşar Əsəd: “İsrail əl Qaidənin Suriyadakı hava qüvvələridir”

İsrail Suriyada terror qruplarına dəstək verir. Və bu tamami ilə aydın bir məsələdir. – B. Əsəd cənabları.

Prezident Bəşşar Əsəd cənabları Amerikanın Foreign Affairs jurnalına verdiyi müsahibəsində bildiriblər: “İsrail Suriyada terror qruplarına dəstək verir. Və bu tamami ilə aydın bir məsələdir. Biz terrorla savaşda hansı bir yerdə naliyyət əldə etdiyimiz vaxt israil ordusu həmin yerlərə havadan zərbə endirərək Suriya Milli Ordusuna mənfi təsir göstərməyə cəhd edib”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Xalqının sevimli Prezidenti Bəşşar Əsəd cənabları Amerikanın Foreign Affairs jurnalına verdiyi müsahibəsində bildirib: “Terror qrupları ilə savaşda əldə etdiyimiz ən boyük naliyyət Suriya Xalqının Dövlət və Orduya dəstək verib yaraqlıları dəf etmələridir”.

Prezident Bəşşar Əsəd cənabları daha sonra bildiriblər: “İsrail Suriyada terror qruplarına dəstək verir. Və bu tamami ilə aydın bir məsələdir. Biz terrorla savaşda hansı bir yerdə naliyyət əldə etdiyimiz vaxt israil ordusu həmin yerlərə havadan zərbə endirərək Suriya Milli Ordusuna mənfi təsir göstərməyə cəhd edib”.

Suriya Prezidenti daha sonra deyib: “İsrailin Əl Qaidə terror qruplaşmasına verdiyi dəstəki tam aydın bir məsələdir. Elə buna görə də, Suriyada bəziləri zarafatyana belə deyirlər: Necə deyə bilərsiniz ki, Əl Qaidənin hava qüvvələri yoxdur? İsrailin hava qüvvələri onların xidmətindədir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır