Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə

7 yanvar 2015

14:20:46
663304

İran İslam Respublikası

Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ali Şurasının 160-cı İclasının Bəyanatı

Bəyanatda İraq məsələsi, təkfirçi cərəyanlar və s. kimi İslam Dünyasında baş verən günün mövzularına toxunulub.

Ali Şuranın üzvləri terrorçu və təkfirçi ünsürərin dünyanın hər bir yerində xüsusi ilə də Suriya və İraqda günahsız və müdafiəsiz insanlara qarşı törətdikləri cinayət hallarını kəskin məhkum edərək, İraqda Silahlı Qüvvələrin, şüca köçəri qəbilələrin, Könüllü Dəstələrin birlikdə əldə etdikləri qələbələr, qondarma “İŞİD” adlı terrorçular qarşısında sərgilədikləri müqavimətlər və yaraqlıları işğal etdkləri İraq torpaqlarından qovaraq geriyə çəkilmələyə məcbur etdiklərini qiymətləndirir və onlara Qərb-Yəhudi-Ərəb ünsürləri tərəfindən dəstəklənən təkfirçiləri işğal etdikləri ərazilərdən tezliklə təmizləyərək sülh və sabitliyi bu diyarda bərpa etməyə arzu edirik.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ali Şurasının 160-cı Sesiyası Müqəddəs Məşhəd şəhərində bəyanatın oxunuşu ilə başa çatıb.

Bəyanatda İraq məsələsi, ekstrimist və təkfirçi cərəyanlar, Şeyx Əli Səlmanın həbsi, Ərəbistan Şiələrinin soyqırımı kimi İslam Dünyasında baş verən günün mövzularına toxunulub.

Bəyanatın tam mətni belədir:




بسم الله الرحمن الرحیم

Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Bəyanatı



Allahın sevimli peyğəmbəri həzrəti Muhəmməd Mustəfa (səlləllahu əleyhi və alih) və İmam Cəfəri Sadiqin (əleyhi səlam) nurani təvəllüd günü və bu gün münasibəti ilə Vəhdət Həftəsi adlanan gün Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ali Şurasının üzvləri səkkizinci İmam, Əli ibn Musa əl Rzanın (əleyhi səlam) şərəfli məzarı kənarında toplaşaraq 160-cı Sesiyalarına start veriblər.

Ali Şuranın üzvləri iki gün davam edən iclasda İslam Dünyasında baş verən son hadisələr, Əhli Beyt (əleyhim səlam) Məktəbinin davamçılarının ümumi durumlarını qiymətləndirərək dünya xalqlarının nəzərlərini iclasın sonunda qəbul edilmiş maddələrə cəlb edir:

1- Ümümdünya Əhli Beyt (əleyhim səlam) Assambleyasının Ali Şurasının üzvləri Ali Məqam Rəhbər Ayətullah Xamenei cənabları başda olmaqla bütün Ali Təqlid Mərcələrinin dünya Müsəlmanlarını təkfirçi cərəyanların xətərlərinə agah edən və bütün Müsəlmanları vəhdəti qoruyub ABŞ, sionist rejimi, Bəs partiyası və təkfirçi ünsürlərdən ibarət xətərli cərəyan ilə üz-üzə gəlməyə dəvət edən şücaətli mövqelərinə və verdikləri həkimanə bəyanatlarına görə dərin təşəkkürünü bildiri.

2- Ümümdünya Əhli Beyt (əleyhim səlam) Assambleyasının Ali Şurasının üzvləri öz növbələrində “Ekstrimist və Təkfirçi Cərəyanlar İslam Alimlərinin Baxışında adlı Beynəlxal Konqresin” müvəffəqiyyətlə həyata keçirilməsinə görə öz səmimanə təşəkkürlərini konqresin baniləri həzrəti Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhaniyə (Allah onların bərəkətlərini artıq etsin) təqdim edirlər.

3- Ümümdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyasının Ali Şurasının üzvləri dünyanı təcübləndirən İmam Hüseynin (əleyhi səlam) Ərbəin mərasimindəki milyonlarla Şiənin nümayiş etdirdiyi insicamlı vədəti layiqincə qiyməntləndirərək, zəvvarların rifahını təmin edən Ali Məqamlaı Təqlid Mərcələrinə, İraq və İran İslam Respublikasının xalqı və dövlətlərinə öz təşəkkürünü bildirir.

4- Ali Şuranın üzvləri terrorçu və təkfirçi ünsürərin dünyanın hər bir yerində xüsusi ilə də Suriya və İraqda günahsız və müdafiəsiz insanlara qarşı törətdikləri cinayət hallarını kəskin məhkum edərək, İraqda Silahlı Qüvvələrin, şüca köçəri qəbilələrin, Könüllü Dəstələrin birlikdə əldə etdikləri qələbələr, qondarma “İŞİD” adlı terrorçular qarşısında sərgilədikləri müqavimətlər və yaraqlıları işğal etdkləri İraq torpaqlarından qovaraq geriyə çəkilmələyə məcbur etdiklərini qiymətləndirir və onlara Qərb-Yəhudi-Ərəb ünsürləri tərəfindən dəstəklənən təkfirçiləri işğal etdikləri ərazilərdən tezliklə təmizləyərək sülh və sabitliyi bu diyarda bərpa etməyə arzu edirik.

5- Ali Şuranın üzvləri Bəhreyn Müsəlmanlarının vətəndaş və qanuni hüquqlarının bərpa edilməsi səmtində sərgildikləri müqavimətə dəstək verərək, həbs edilmiş əl Vifaq partiyasının Baş Katibi Höccətül İslam vəl Müslimin Şeyx Əli Səlmanın və digər siyasi məhbusların qeydsiz və şərtsiz azad edilməsini tələb edərək, Xəlifə sülaləsinin anti-bəşər və qeyri-qanuni əməllərini məhkum edir.

6- Ali Şuranın üzvləri Səud sülaləsi rejiminin haqqı tələb edən məzlum Hicaz xalqını qanına qəltan etməsini kəskin sürətdə məhkum edərək, bu rejimin məhbəslərindəki məhkumalrın azad olunmasını tələb edir.

7- Ümümdünya Əhli Beyt (əleyimus səlam) Assambleyasının Ali Şurasının üzvləri Böyük İslam Peyğəmbəri həzrəti Muhəmmədin (səlləllahu əleyhi və alih) və onun pak və məsum Əhli Beytinin (əleyhim səlam) parlaq həyatına istinad edərək, İslam Ümmətini vəhdəti qoruyub, ixtilaf və pərakəndəlikdən uzaq olmağa dəvət edir. Ali Şura üzvləri həmçinin İslam Ümmətini mərhum İmam Xomeyni (məqamı daha da alli olsun) həzrətləri və İslam İnqilabının Ali Rəhbərinin göstərişlərinə əməl etməyi tövsiyyə edir.

وآخر دعوانا أن الحمد لله رب العالمین

Müqəddəs Məşhəd

12.10.93



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır