Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə

26 noyabr 2014

11:15:16
654151

“Təkfirçi və Ekstremist Cərəyanlar” Ümumdünya Konqresin Xəbərləri 14

Kürdüstanın Sünni alimi: “Ey Sünni alimləri! İŞİD-in əmələ gəlməsində bir başa təqsirimiz var”

İŞİD tezliklə məhv olacaq. Ona görə ki, ekstrimizimin ömrü azdır. Lakin təkfirçilik ideologiyası isə, qalacaq...

Pavə şəhərinin Sünni İmam Cüməsi: “İran İslam Respublikasında Sünni və Şiə bir-biri ilə, qardsaş kimi yaşayır, aralarında heç bir problem yoxdur. İrandakı sabitlik bir neçə amilin nəticəsidir: 1- Ağıllı və müdiriyyətə layiq Vəliyyi Fəqih. 2- Sünni və Şiə alimlərinin bir-biri ilə, həmfikr olmaları. 3- Xalqın daim səhnədə aktivliyidir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Pavə şəhərinin Sünni alimi və İmam Cüməsi Molla Qadir Qadiri Qum şəhərində keçirilən “Təkfirçi və Ekstremist Cərəyanlar İslam Alimlərinin Baxımında” ümumdünya konqresində çıxış edərək bildirib: “ABŞ İraqa hücum etdikdə biz rahatsız idik. Bu gün, ABŞ-ın İraqa hücum etdiyinin nəticəsini görürük. İŞİD-in binövrəsi 2003- də qoyuldu. İndi də, iki aydır ki, ABŞ 40 ölkədən ibarət koalisiya ilə, Eynul Ərəbi (Kobani) təkfirçilərdən azad etməyə çalışır, lakin hələ də bir xəbər yoxdur. Onlar yalan danışırlar”.

Molla Qadir Qadiri deyib: “Ey Sünni alimləri! Biz Məscid və mədrəsələrimizi təkfirçi görnüşlərdən qorumalıyıq. Bu gün İŞİD və bu kimi təkfirçi cərəyanlara qoşulanlar bizim Məscid və mədrəsələrimizdə təlim alanlardır. İŞİD-in dünya xalqlarına verdiyi töhvəsi İslamafobiya töhfəsidir. Nəticədə isə, İslamın dünyada çirkin təbliğ olunmasıdır. Amerika İslam İnqilabı və İslam Oyanışından sonra İslamın dünyada sürətlə yayılmasının qarşısını almağa cəht etdi. İŞİD-in də yaranması bu çalışmanın nəticəsidir”.

Pavə şəhərinin Sünni İmam Cüməsi təkfirçi cərəyanların əmələ gəlməsinin əsas səbəbi kimi Müsəlman ölkələrində ixtilafların olduğunu açıqlayaraq bildirib: “Dünyada ekstrimist cəryanların əmələ gəlməməsi üçün bütün Müsəlmanlar ayıq olmalıdır. İran İslam Respublikasında Sünni və Şiə bir-biri ilə, qardsaş kimi yaşayır, aralarında heç bir problem yoxdur. İrandakı sabitlik bir neçə amilin nəticəsidir: 1- Ağıllı və müdiriyyətə layiq Vəliyyi Fəqih. 2- Sünni və Şiə alimlərinin bir-biri ilə, həmfikr olmaları. 3- Xalqın daim səhnədə aktivliyidir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır