Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə

26 noyabr 2014

07:22:54
654109

“Təkfirçi və Ekstremist Cərəyanlar” Ümumdünya Konqresin Xəbərləri 13

“Təkfirçilikin kökləri” komissiyası–Şeyx Muhəmməd Şərif: Təkfirçilik savadsızlıqdan irəli gəlir

Təkfirçilərin getdiyi yolu Peyğəmbərin (s) getdiyi yol ilə, tam fərqlidir.

Şeyx Əhməd Kəftur Assambleyasının kadibi: “Xırda və cüzi fikir ayrılığı üzərində dayanmaq təkfirçi cərəyanların gedişatını gücləndirir. Və Müsəlmanları əsas hədəfdən ayıraraq bir-biriləri ilə məşğul edir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Dəməşqin Şeyx Əhməd Kəftur Assambleyasının kadibi Şeyx Muhəmməd Şərif “Təkfirçi və Ekstremist Cərəyanlar İslam Alimlərinin Baxımında” ümumdünya konqresin tərkib hissəsi olan “Təkfirçilikin kökləri” komissiyasında çıxış edərək bildirib: “Təkfirçi qruplaşmalar sırasına qatılan şəxslərin əsas səbəbi onların imanlarının zəif olmasıdır”.

Şeyx Muhəmməd Şərif daha sonra təkfirçilikin digər köklərindən birinin də məhz başqa məzhəb düşüncələri haqqda əldə dəqiq məlumatın olmadığına işarə edərək deyib: “Təkfirçilərin getdiyi yolu Peyğəmbərin (s) getdiyi yol ilə, tam fərqlidir. Peyğəmbərin getdiyi yolda insanlar dəstə dəstə İslama daxil olurdular”.

Şeyx Əhməd Kəftur Assambleyasının kadibi daha sonra vurğulayıb: “Xırda və cüzi fikir ayrılığı üzərində dayanmaq təkfirçi cərəyanların gedişatını gücləndirir. Və Müsəlmanları əsas hədəfdən ayıraraq bir-biriləri ilə məşğul edir”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır