Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə

26 noyabr 2014

02:24:16
654071

“Təkfirçi və Ekstremist Cərəyanlar” Ümumdünya Konqresin Xəbərləri 12

Tunisli alim: “Müsəlmanlar vəhdətlərini qorumaqla təkfirçilik xərçəngindən qurtulmalıdırlar”

Əbdül Qadir Quhhə: Şiə və Sünnilər arasındakı fikir aydınlıqları cüzidir. Biz bir-birimiz ilə qardaşıq.

Tunisin tanınmış alimi: “Təkfirçilər Əhli Təsənnünün böyük alimlərinin qəbirlərinə də belə rəhm etməyiblər. Onlar Tunisdə 50 Sünni aliminin məzar və məqbərələrini viran ediblər. Hazırda İslam aləmi üçün ən xətərli ünsür təkfirçilərdir. Biz Müsəlmanlar bir cərgədə dayanaraq vəhdətimizi qorumalıyıq”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tunisin tanınmış alimi Əbdül Qadir Quhhə “Təkfirçi və Ekstremist Cərəyanlar İslam Alimləri Baxışında” ümumdünya konqresində çıxış edərək bildirib: “Təkfirçilik cərəyanı qədim cərəyanlardandır. Uzaq keçmişdə də belə məfkürə sahibləri kütəvi formalarda Müsəlmanlara qarşı çıxıb, cinayətlər törədiblər. Belə ki, İmam Əliyə (əleyhi səlam) həkəmiyyət prossesini qəbul etdirən “xəvariclər” sonradan həzrəti Əlinin (əleyhi səlam) və Müsəlmanalrın kafir olduqlarına hökm verdilər. Baxın təkfirçilik xərçəngi elə həmin vaxt əmələ gəldi”.

O, daha sonra deyib: “Təkfirçilər Əhli Təsənnünün böyük alimlərinin qəbirlərinə də belə rəhm etməyiblər. Onlar Tunisdə 50 Sünni aliminin məzar və məqbərələrini viran ediblər. Hazırda İslam aləmi üçün ən xətərli ünsür təkfirçilərdir. Biz Müsəlmanlar bir cərgədə dayanaraq vəhdətimizi qorumalıyıq”.

Əbdül Qadir Quhhə İslami birlikin vacibliyinə toxunaraq bildirib: “Şiə və Sünnilər arasındakı fikir aydınlıqları cüzidir. Biz bir-birimiz ilə qardaşıq. Biz dua edirik ki, sülh və sabitlik bir daha Suriya, İraq və Libiyaya geri qayıtsın”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır