Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə axşamı

25 noyabr 2014

15:03:18
653967

“Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresin Xəbərləri 9

Nəzir Əhməd Hənəfi: Əfqanıstanda Şiə və Sünni qardaşlar sülh içində yaşayırlar

Bütün Müsəlmanlar vahid əqidəyə malikdirlər. Fikir ayrılıqları isə, sadəcə xırda məsələlər ətrafındadır.

Əfqanıstan Üləma Şurasının üzvü bir daha Müsəlmanların birliyinə vurğulayaraq deyib: “Qərbdə vahid iqtisad, vahid pul sayəsində sərhədlər aradan qaldırıldı. Amma İslam ölkələrində isə, müharibə və qırğınların şahidiyik. Müsəlman siyasətçiləri müharibə etməkdən əl çəkərək, İslam meyarları əsasında bütün Müsəlmanların vəhdətini qorumalıdırlar”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasında Keçirilən “Təkfirçi və Ekstremist Cərəyanlar İslam Alimlərinin Baxımında” ümumdünya konqresində Əfqanıstan Üləma Şurasının üzvü Qazi Nəzir Hənəfi çıxış edərək İslami Vəhdətin lüzumluğunu vurğulayaraq bildirib: “Bütün Müsəlmanlar vahid əqidəyə malikdirlər. Fikir ayrılıqları isə, sadəcə xırda məsələlər ətrafındadır”.

O, daha sonra deyib: “Peyğəmbərin sünnətinə əsasən Müsəlmanı dəlilsiz və sübutsuz kafir adlandırmaq haram olduğu bir halda bu gün, təkfirçi cərəyanlar bütün Müsəlmanları kafir adlandırır. Təkfirçilik cərəyanının qadağan olunmasına dair dəlil gün kimi aydındır. Böyük Sünni alimləri də təkfir etməki haram biliblər”.

Nəzir Əhməd Hənəfi daha sonra, Quran Kərimin açıq ayələrinə əsasən Müsəlman şəxsi öldürülməsinin böyük günah olduğuna işarə edərək deyib: “Əfqanıstanda Şiələr ilə Sünnilər arasında heç bir ixtilaf yoxdur, onlar bir birinin kənarında sülh və səfa içərisində yaşayırlar”.

Əfqanıstan Üləma Şurasının üzvü bir daha Müsəlmanların birliyinə vurğulayaraq deyib: “Qərbdə vahid iqtisad, vahid pul sayəsində sərhədlər aradan qaldırıldı. Amma İslam ölkələrində isə, müharibə və qırğınların şahidiyik. Müsəlman siyasətçiləri müharibə etməkdən əl çəkərək, İslam meyarları əsasında bütün Müsəlmanların vəhdətini qorumalıdırlar”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır