Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə

21 noyabr 2014

18:13:49
652907

Xalqın Pulları Niyə talanılır?!!!

“Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı Bakıda deyil İstanbulun “Çırağan” sarayında keçirildi - Foto

Mərasimdə Mehriban Əliyeva bir qrup naməhrəmlər ilə rumka rumkaya vurdu. Sarayın xərcisə xalqın cibindən getdi.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Az. Re-nin Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə “qardaş ölkənin” mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Türkyə təlxəkləri Türkan Şoray, Necati Şaşmaz həyat yoldaşı Nagehan Qaşıqçı və s. iştirak edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 9 milyon əhalisi olan Azərbaycanın Respublikasının vətəndaşlarının 5 milyon nəfəri Banklara borclu olduğu və borcunu ödəyə bilmədiyi bir vaxtda azərbaycanın möhtəşəm şəxsiyyətləri “Bakı-2015” ilk Avropa Oyunlarının növbəti təqdimatı mərasimini doğma yurd Azərbaycanda deyil məhz Türkiyədə keçirib. Və beləliklə də milyonlarla bul və məvaciblər “Böyük Türk Qardaşlarına” xərclənib.

Noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilən təqdimat mərasimində Heydər Əliyev Fondunun (bu fondun resursu hələlik anonimdir) prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə “qardaş ölkənin” ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri iştirak ediblər.

Belə ki, “Çırağan” sarayında Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Türkyə təlxəkləri Türkan Şoray, Necati Şaşmaz həyat yoldaşı Nagehan Qaşıqçı və s. iştirak edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır