Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə

19 noyabr 2014

19:26:14
652471

Bəhreyn Olayları

Ali Xəlifə rejiminin Şiələrin sayını azaldıb təkfirçilərin sayını çoxaltmaq siyasəti ifşa olundu

Xəlifə sülaləsi Şiələrə qarşı apardığı siyasət eyni ilə qanunsuz sionist rejiminin Fələstin xalqına qarşı yürütdüyü siyasətdir.

Cəlal Firuz və Doktor Səid Şəhabi daha sonra vurğulayıblar: “Ali Xəlifə rejimi bu günə kimi on minlərlə yerli Şiə xalqının vətəndaşlığını ləğ edib. Bununla yanaşı rejim minlərlə Şiəni ya həbs etmiş və yaxud da ölkədən sürgün etmişdir. Əgər rejimin qanunsuz siyasətləri davam edərsə, üzün müddətdən sonra 90%-ni Şiə təşkil edən ölkədə Sünnilərin xüsusi ilə də, təkfirçilərin sayı kəskin sürətdə artacaq. Və Şiələr azlıq təşkil edəcəklər.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Londonda Bəhreyn rejiminin müxalifətçilərinin mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Bəhreyn parlamentinin sabiq nümayəndəsi Cəlal Firuz və Bəhreynin Azadlığını tələb edən Doktor Səid Şəhabi Ali Xəlifə rejiminin sifarişli ilə keçiriləcək parlament sesçkilərinin xalq tərəfindən baykot edilməsinin səbəblərini açıqlayaraq, Ali Xəlifə rejiminin yürütdüyü xətərli siyasətini, cəmiyyətin tərkib hissəsində dəyişiliklərin aparıldığını izah ediblər.

Ali Xəlifə rejimi tərəfindən qanunsuz olaraq vətəndaşlıq hüquqları ləğ edilən bu iki inqilabçı Cəlal Firuz və Doktor Səid Şəhabi konfarnsda təkidlə bildiriblər: “Xəlifə sülaləsi çox gözəl anlayır ki, sifarişli parlament seçkilərində Bəhreyn xalqı xüsusi ilə də, cəmiyyətin çoxluğunu təşkil edən Şiələr seçkini baykot edib iştirak etməyəcəklər. Buna görə də, mövcud rejim on minlərlə Suriya və Ərəbistan təkfirçilərinə qanunsuz olaraq vətəndaşlıq verib ki, sifarişli parlament seçkilərində iştirak etsinlər.”

Cəlal Firuz və Doktor Səid Şəhabi daha sonra vurğulayıblar: “Ali Xəlifə rejimi bu günə kimi on minlərlə yerli Şiə xalqının vətəndaşlığını ləğ edib. Bununla yanaşı rejim minlərlə Şiəni ya həbs etmiş və yaxud da ölkədən sürgün etmişdir. Əgər rejimin qanunsuz siyasətləri davam edərsə, üzün müddətdən sonra 90%-ni Şiə təşkil edən ölkədə Sünnilərin xüsusi ilə də, təkfirçilərin sayı kəskin sürətdə artacaq. Və Şiələr azlıq təşkil edəcəklər.”

İnqilabçılar daha sonra mətbuat konfransında bildiriblər: “Xəlifə sülaləsi Şiələrə qarşı aparılan siyasətlərində eyni ilə qanunsuz sionist rejiminin illər boyu işğal etdiyi Fələstin torpaqlarında Fələstin xalqına qarşı yürütdüyü dəhşətli siyasətlərdən istifadə edir. Sionist rejimi bir tərəfdən Fəlstin xalqına gün verib işıq veməyir digər tərəfdən isə, dünyanın müxtəlif ölkələrində yaşayan sionistləri Fələstinə mühacirət etməyə təşviq edir. Və bununla da uzun müddətdən sonra Fələstin cəmiyyətinin tərkib hissəsinin əksəriyyəti sionist rejiminin xeyrinə olacaq.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır