Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : islamazeri.az
bazar ertəsi

13 oktyabr 2014

09:35:55
644033

Münasibət

İlahiyyatçı Emil Rahiloğlu QMİ sədrinin cavabın verdi: "İnanclı insanların namaz qılmalarına şərait yaradılmalıdır"

Əhalisinin 96 faizi müsəlman olan bir ölkədə bu cür qadağaların olması çox utancvericidir.

“Bəli, cənab şeyx təmamilə düz buyurub. Əgər özəl müəssələrdə çalışan inanclılar sahibinin icazəsi olmasa, orada namaz qıla bilməzlər. Buna şəriətimiz icazə vermir. Lakin bu o demək deyil ki, inanclılarımız öz ibadətlərindən qalmalıdılar. Onlar üçün çalışdıqarı yerlərdə hər bir şərait yaradılmalıdır...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İlahiyyatçı Emil Rahiloğlu islamazeri.az saytına verdiyi müsahibəsində bildirib: “Hər bir özəl və dövlət müəssəsində çalışan inanclı insanların namaz qılmaları üçün hər bir şərait yaradılmalıdır”.

O, QMİ sədrinin “Özəl müəssələrdə sahibinin icazəsi olmadan namaz qıla bilməz” fikirini şərh edərkən bunları deyib: “Bəli, cənab şeyx təmamilə düz buyurub. Əgər özəl müəssələrdə çalışan inanclılar sahibinin icazəsi olmasa, orada namaz qıla bilməzlər. Buna şəriətimiz icazə vermir. Lakin bu o demək deyil ki, inanclılarımız öz ibadətlərindən qalmalıdılar. Onlar üçün çalışdıqarı yerlərdə hər bir şərait yaradılmalıdır. Əhalisinin 96 faizi müsəlman olan bir ölkədə bu cür qadağaların olması çox utancvericidir. Gərək həm dövlət, həm də özəl müəssələr bu cür neqativ hallara yol verməsinlər”.

Maraq üçün QMİ sədrinin tam fətvasını sizlərə təqdim edirik: “Azərbaycan Respublikasında hər bir vətəndaşın, o cümlədən də hər bir müsəlmanın din və vicdan azadlığı vardır. Hər kəs öz dini ayinlərini azad formada yerinə yetirə bilər. Lakin dinimizin şəriət qaydalarına əsasən hər hansı bir şəxsin mülkündə onun icazəsi olmadan namaz qılmaq olmaz. Əgər sizin işlədiyiniz yer özəl müəssisədirsə sahibinin icazəsi olmadan orada namaz qıla bilməzsiniz. Dövlət müəssisələrinə gəldikdə isə, əgər namaz üçün ayrılmış hər hansı bir otaq yoxdursa, çıxıb hər hansı bir məsciddə namaz qılmağınız tövsiyə olunur”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır