Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi APA-ya istinadla
şənbə

4 oktyabr 2014

16:17:09
642273

İdman

Əfsanəvi sovet futbolçusu Fyodor Çerenkov vəfat edib – FOTO

F. Çerenkov karyerasının böyük hissəsini (1977-1993) “Spartak” (Moskva) komandasında keçirib.

Üç dəfə SSRİ çempionu olan Fyodor Çerenkov SSRİ yığmasında 34 dəfə forma geyib və 12 qol vurub. Hazırda “Spartak” klubunun futbol akademiyası Çerenkovun adını daşıyır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Sovet futbolunun əfsanəvi simalarından biri olan Fyodor Çerenkov vəfat edib.

“Sport-Ekspress”in verdiyi məlumata görə, F. Çerenkov oktyabrın 4-də səhərə yaxın yerli vaxtla saat 04.00 radələrində 55 yaşında dünyasını dəyişib. O, psixi pozuntudan əziyyət çəkirmiş.
F. Çerenkov karyerasının böyük hissəsini (1977-1993) “Spartak” (Moskva) komandasında keçirib. Bu komandanın heyətində 398 matç oynayıb və 95 qol vurub.

Üç dəfə SSRİ çempionu olub. SSRİ yığmasında 34 dəfə forma geyib və 12 qol vurub. Hazırda “Spartak” klubunun futbol akademiyası Çerenkovun adını daşıyır.

Fyodor Çerenkov



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır