Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar ertəsi

29 sentyabr 2014

16:52:18
641155

ABŞ-ın keçmiş dəniz piyadaçısı ABNA ilə eksklüziv müsahibəsində nələrə etiraf etdi?

Amerika Birləşmiş Ştatları son iki əsirin böyük terrorçu dövlətidir – Qatil ABŞ-ın insan haqqlarından danışmağa haqqı yoxdur

K. O'Keefe: ABŞ-ın milyonlarla insanın öldürüldüyünü nəzərə alsaq bu ölkənin İnsan və beyəlxalq haqqlardan danışmağa haqqı yoxdu

Amerika Birləşmiş Ştatlarının sabiq Dəniz Piyadaçısı saytımızın müxbirinə verdiyi açıqlamasının sonunda bildirib: “Amerika höküməti pərdəarxası qüdrətlərin əli ilə idarə olunur. Onlar, Dünya Bankının, Özəl Bankların, İngiltərə Bankının, Avropa Mərkəzi Bankının, Beynəlxalq Hesablaşmalar Bankının, Beynəlxalq Valyuta Fondu nun və s. gəlir mənbələrinin nəzarətini əldə saxlayanlardır”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinə ekskluziv müsahibə verən Amerika Birləşmiş Ştatlarının sabiq Dəniz Piyadaçısı Kennet O`Keefe bu ölkənin Yaxın Şərqdə apardığı siyasətləri və qondarma “İŞİD” adlı terror qruplaşmasına qarşı təşkil etdiyi koalisiyanı kəskin sürətdə məhkum edərək, bildirib: “Əgər terror haqqda düzgün bir anlayışımız olsa, onda görərik ki, 20 və 21 əsrin ən böyük terrorçu dövləti ABŞ-ın özüdür. Bu haqqda da heç şübhə belə etməyin”.

Kennet O'Keefe Amerika rəsmilərinin tez-tez insan haqqları və terrorizimdən azad olan dünya haqda danışmalarına işarə edərək bildirib: “Amerika dövlətinin əli ilə milyonlarla insanların Quvantanamo zindanında işgəncə alıb, pilotsuz təyyarələrin havadan endirdiyi qeyri-qanuni zərbələri nəticəsində dünyalarını dəyişmələrinə nəzər salsaq, Qatil Amerika dövlətinin İnsan və beyəlxalq haqqlardan danışmaq hüququna malik olmadığını görərik”.

ABNA.ir saytının müxbiri ilə danışan Kennet O'Keefe ABŞ-ı cinayətkar dövlət adlandıraraq bildirib: “Əminliklə deyirəm ki, Amerika Birləşmiş Ştatları İnsan Haqqlarını ən kobudcasına pozan dövlətdir”.

Müxbirimizin “ABŞ hökümətinin törətdiki bu cinayətlərin bir sonu olacaqmı” sualını cavablandıran Amerika Birləşmiş Ştatlarının sabiq Dəniz Piyadaçısı bildirib: “Amerika haqda danışarkən mütləq bunu bilməliyik ki, söhbət leqal dövlət haqqda getmir. Çün ki, həqiqətdə Amerika höküməti pərdəarxası qüdrətlərlə idarə olunur”.

Kennet O'Keefe daha sonra deyib: “Həqiqi qüdrət əslində Dünya Bankının, Özəl Bankların, İngiltərə Bankının, Avropa Mərkəzi Bankının, Beynəlxalq Hesablaşmalar Bankının, Beynəlxalq Valyuta Fondu nun və s. gəlir mənbələrinin nəzarətini əldə saxlayanlardır”.

O, bu haqda vurğulayaraq bildirib: “Onlar, tükənməz pul mənbələrini əllərində saxlayırlar və pul ilə hər hansı bir şeyi, yaxud hər hansı bir şəxsi almaq mümkün olarsa alırlar. Deməli ABŞ əslində bu gözəgörünməz qüdrətlərin icraçı biləngidir”.

Amerika Birləşmiş Ştatlarının sabiq Dəniz Piyadaçısı saytımızın müxbirinə verdiyi açıqlamasının sonunda bildirib: “Həqiqi qüdrət sahiblərin əsas hədəfləri isə, bütün insanlara və bütün obyektlərin hammısına tam nəzarət etməkdir. Zülmə tabe olmayan İİR, Rusiya, Venazuella və. s kimi ölkələri isə öz qüdrətləri altına salmaqdır”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır