Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslaminsesi.az
cümə axşamı

25 sentyabr 2014

19:33:43
640245

Əxlaqsız üzdəniraqlara qarşı cəmiyyətin təpkisi

Akif Heydərli: “Eynicinslilərin nigahı insanlığın faciəsi və onların biri-birinə münasibətində anormallığın təzahürüdür”

Qərb ölkələri isə bu anomaniyanı insan haqlarını tanımaq kimi qələmə verir.

Azərbaycan üçün eynicinslərin nigahı təmamilə gözlənilməz haldır. Bu, xalqımızın adına, müqəddəs torpağımıza ləkə, cəmiyyətə sırınan bəladır. Biz adətən, adi zərərli vərdişlərin yayılmasının qarşısını almaqdan ötrü dinimizin gözəl qanunlarına, nəyin məqbul, nəyin isə haram olduğuna istinadən hərəkət edirik. Amma Böyük Yaradanın insan fitrətinə əsasən müəyyənləşdirdiyi normaların pozulması halları ilə barışmaq, ona müxtəlif don geyindirməklə haqq qazandırmaq olmaz. Çünki bu cəmiyyətin, bütövlükdə bəşəriyyətin taleyidir ki, hər bir bəndəyə qorunması tapşırılıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda qeyri adi nişan mərasimi reallaşıb. Üzdəniraqların nigahına hazırlıq kimi qələmə verilən bu məarasim ölkə mətbuatında birmənalı qarşılanmayıb. Ölkədə ictimai qınağa tuş gələn anormal nigaha bəziləri “insan haqqı” adı altında dəstək versədə lakin birçoxları bu faciəni qınayıblar.

İslamimnsesi.az sayti AİP sədrinin siyasi islər üzrə müavini Akif Heydərlidən bu mövzuyla bağlı münasibət öyrənib. Onun məsələyə mövqeyi birmənalı olub.

-Bütün canlıların iki cinsdə yaradılması mahiyyət etibarı ilə onların şəhvətin qurbanı olmamaları və canlı aləmin davamlı inkişafı kimi başa düşülməlidir. Bu, insanların biri-birinə münasibətində anormallığın və cəmiyyətlərdə fitnə-fəsadların baş verməməsi nəticəsinə hesablanır.

Məncə təkcə ölkəmizdə deyil, bütün dünyada eynicinslərin nigahı insanlığın faciəsi kimi qiymətləndirilməlidir. Adi halda xəstəlik sayılan belə hallar, zənnimcə, təkcə milli mentalitetə zərbə kimi deyil, insanlıq amili baxımından, bəşəriyyəti xətaya sövq edən, yaranışa qeyri-normal yanaşma və nəhayət cəmiyyət üçün böyük bəlaya çevrirən neqativ amil kimi dəyərləndirilməlidir.

Qərb ölkələri bu anomaniyanı insan haqlarını tanımaq kimi qələmə verir. Əslində isə insan haqları bu cür xəstəliklərin aradan qaldırılması, xəstələrin normal həyata qaytarılması şəklində qorunmalı,qanunlaşdırılmalıdır. Bundan ötrü müharibələrə, qətliamlar törədən silahlara xərclənən milyardları fitnə-fəsadları planetin hər yerinə yaymaq, anormallığı qanuniləşdirməklə cəmiyyətlər üçün daha ağır nəticələr verə biləcək sonluğa aparmaqdansa, insanlığı bu faciələrdən qurtarmağa sərf olunsa yaxşı olar.

Azərbaycan üçün eynicinslərin nigahı təmamilə gözlənilməz haldır. Bu, xalqımızın adına, müqəddəs torpağımıza ləkə, cəmiyyətə sırınan bəladır. Biz adətən, adi zərərli vərdişlərin yayılmasının qarşısını almaqdan ötrü dinimizin gözəl qanunlarına, nəyin məqbul, nəyin isə haram olduğuna istinadən hərəkət edirik. Amma Böyük Yaradanın insan fitrətinə əsasən müəyyənləşdirdiyi normaların pozulması halları ilə barışmaq, ona müxtəlif don geyindirməklə haqq qazandırmaq olmaz. Çünki bu cəmiyyətin, bütövlükdə bəşəriyyətin taleyidir ki, hər bir bəndəyə qorunması tapşırılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır