Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
bazar

14 sentyabr 2014

18:35:59
637763

Anti-Müqavimət ünsürlər, sionist nökərləri

Qondarma “koalisiya” rəhbəri: “Yaxın Şərqdə israil deyil məhz Hizbullah və B. Əsəd dövləti devrilməlidir”

İşğalçı israil rejiminə səfər etmiş Suriya “müxalifətçisi” Kəmal Ləbvan: Bizim əsas düşmənimiz Hizbullah və B. Əsəd dövlətidir.

Ləbvani, ABŞ və NATO işğalçı qüvvələrinin Yaxın Şərqdə iştirak etmələrini dəstəkləyərək bildirib: “Təcrübə göstərib ki, təkcə Hava Hücumları ilə kifaytlənmək effekt verməyib. Bunun üçün mütləq ABŞ və NATO-nun quru qoşunları da, Yaxın Şərq ölkələrinə yeridilməlidir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya xalqı əleyhinə yaradılmış qondarma “Suriya Müxalifət Koalisiyası”nın rəhbərlərindən bir, Fələstin torpaqlarını işğal etmiş sionist rejiminə rəsmi səfər edərək, işğalçı rejim tərəfindən təşkil olunmuş “Terrorçuluqla Mübarizə” (!) konfransda iştirak edib.

Kəmal Ləbvani iştirak etdiyi konfransda Livan Hizbullahı, Suriya və Qəzzə Müqavimət Təşkilatına qarşı ABŞ tərəfindən irəli sürülmüş “Yaxın Şərqdə Terror Təhlükəsi ilə Mübarizə” (!) layihəsini canla başla qəbul edərək, Fələstin torpaqlarını işğal etmiş israil rejiminin televiziya və mətbuat nümayəndələrinə bildirib: “Mən inanıram ki, israil Bəşşar Əsəd dövlətinin şərrindən yaxa qurtarmaq üçün “Suriya xalqının” köməkliyinə arxalana bilər”. (!)

Ləbvani, ABŞ və NATO işğalçı qüvvələrinin Yaxın Şərqdə iştirak etmələrini dəstəkləyərək bildirib: “Təcrübə göstərib ki, təkcə Hava Hücumları ilə kifaytlənmək effekt verməyib. Bunun üçün mütləq ABŞ və NATO-nun quru qoşunları da, Yaxın Şərq ölkələrinə yeridilməlidir”.

İşğalçı israil rejimin kanal 24-də müsahibə verən K. Ləbvani deyib: “Yaxın Şərqin əsas düşməni Hizbullah və Bəşşar Əsəd dövlətidir. İsrail mütləq bu iki qüdrət ilə mübarizə aparmalıdır”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır