Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA – Xəbər Agentliyi
bazar ertəsi

8 sentyabr 2014

15:23:42
636398

Sionist nökərlərinin xam xəyalları

İran İslam Respublikasının Dövlət Katibi: Qondarma “İŞİD” ünsürləri İİR-a hücum etmək niyyətindədir

İŞİD artıq İraq Respublikasında ələ keçirtdikləri məntəqələrdən geri çəkilmək zorundadırlar.

Jurnalistlərin “Aya İŞİD təkfirçiləri İİR-a hücum edəcəkmi?” sualına cavab verən İran İslam Respublikasının Dövlət Katibi, Əbdul Rza Rəhmani Fəzli bildirib: “Qeyd olunan terror təşkilatının məntəqə ətrafı öıkələrdə geniş miqyaslı hərbi əməliyyatlar keçirtmək planları vardır. Bizim əldə etdiyimiz sənədlərə əsasən, qondarma “İŞİD” terror təşkilatı həm İran İslam Respubnlikasına həm də qonşu ölkələrə hücum etmək niyyətindədir. Lakin qeyd etməliyik ki, İran İslam Respublikası xırda terror təşkilatını yerindəcə layiqli cavab vermək üçün kifayət qədər güclüdür”.

Əhli Beyt (əleyhim səlam) ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Dövlət Katibi, bu gün səhər radələrində Tehranda keçirilən “Əyalətlərin Siyasi, İctimai və Təhlükəsizlik İşləi Üzrə Müavinlərin İclası”-ndan sonra jurnalistlərlə görüş keçirdib.

Əbdul Rza Rəhmani Fəzli jurnalistlərə bildirib: “Ölkənin sərhəd məntəqələrində yaşayan vətəndaşlarımız azğın “İŞİD” ünsürlərinin xətərləri haqqda tam məlumatlıdırlar. Bu günə kimi, qondarma “İŞİD” ünsürlərinin İran İslam Respublikasının sərhədlərinə hər hansı bir girişi qeydə alınmayıb”.

O, daha sonra İraqda baş verən son hadisələr haqqda danışaraq qondarma “İŞİD” ünsürlərinin son acınacaqlı durumuna işarə edərək bildirib: “Qondarma “İŞİD” ünsürləri hər gün keçdikdə İraq Respublikasında ələ keçirtdikləri məntəqələrdən geri çəkilmək zorundadırlar”.

Jurnalistlərin “Aya İŞİD təkfirçiləri İİR-a hücum edəcəkmi?” sualına cavab verən İran İslam Respublikasının Dövlət Katibi, Əbdul Rza Rəhmani Fəzli bildirib: “Qeyd olunan terror təşkilatının məntəqə ətrafı öıkələrdə geniş miqyaslı hərbi əməliyyatlar keçirtmək planları vardır. Bizim əldə etdiyimiz sənədlərə əsasən, qondarma “İŞİD” terror təşkilatı həm İran İslam Respubnlikasına həm də qonşu ölkələrə hücum etmək niyyətindədir. Lakin qeyd etməliyik ki, İran İslam Respublikası xırda terror təşkilatını yerindəcə layiqli cavab vermək üçün kifayət qədər güclüdür”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır