Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : axar.az
çərşənbə

27 avqust 2014

05:35:20
633751

Azərbaycan

Elçin Şıxlı jurnalistikadan gedir

Elçin Şıxlı rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətinin birdəfəlik bağlanması haqqında qərar verib.

Elçin Şıxlı: “Normal jurnalistika ilə məşğul olmağın heç bir mənası yoxdur. Qoy havalar bir az sərinləşsin, beynimiz bir az rahatlaşsın, görək başımıza nə iş gəlir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Ayna”-"Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı rəhbərlik etdiyi mətbu orqanların fəaliyyətinin birdəfəlik bağlanması haqqında qərar verib.

Bu barədə Aktual.az-a Elçin Şıxlı məlumat verib.

O deyib ki, rəhbərlik etdiyi "Ayna”-"Zerkalo” qəzetlərinin fəaliyyətini müvəqqəti olaraq dayandırsa da, qəzetlərin yenidən çapı üçün hər hansı bir yenilik olmadığına görə bu qərarı qəbul etmək məcburiyyətində qalıb:

"Yaxın günlərdə qəzetləri birdəfəlik bağlamaq haqda elan verəcəm. Hətta vəziyyət o yerə gəlib çatıb ki, jurnalistikadan birdəfəlik getmək haqda da düşünürəm. Çünki normal jurnalistika ilə məşğul olmağın heç bir mənası yoxdur. Qoy havalar bir az sərinləşsin, beynimiz bir az rahatlaşsın, görək başımıza nə iş gəlir".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır