Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə :
bazar ertəsi

19 may 2014

10:41:48
609692

Yaxın Çərq

Mişel Ovn: “Seyyid Həsən Nəsrullaha tam sürətdə etimad edirəm”

Prezident olsam sionist rejimindən başqa bütün ölkələrlə əlaqələri bərpa edəcəkəm- deyə M. Ovn bildirib

Kuveytin əl-Cəridə qazeti: “Livanın hazırkı qanuni prezidenti Mişel Süleymanın vaxtı qarşıdan gələn həftədə sona bitəcək. Səudi Ərəbistan ilə İran İslam Respublikası arasında əlaqələrin isinəşdiyini nəzərə aldıqda isə, belə güman olunur ki, Mişel Ovnun Livan prezidentlik kürsüsünə sahib çıxması şansı digər namizədlərə nisbətdə daha da çoxdur.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livanda İslah və Dəyişiliklər Fraksiyonunun sədri Mişel Ovn Livanın əl-Əxbar qazetinə verdiyi müsahibəsində bildirib: “Mən Livanın prezidentlik kürsüsünə keçməklikə və işğalçı israil rejimindən başqa bütün ölkələr ilə əlaqələr yaratmağa hazıram.”

O, daha sonra deyib: “Mən, heç bir zaman Livanın hansısa xarici dövlətin oyuncağına çevrilməsini qəbul etməmişəm və etməyəcəyəmdə.”

Mişel Ovn daha sonra Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullaha tam sürətdə etimad etdiyini deyərək bildirib: “Mənim əl-Müstəqbəl hərakatının sədri Səd Həriri ilə də sıx əlaqəm var.”

Kuveytin əl-Cəridə qazeti isə bu haqda belə yazıb: “Livanın hazırkı qanuni prezidenti Mişel Süleymanın vaxtı qarşıdan gələn həftədə sona bitəcək. Səudi Ərəbistan ilə İran İslam Respublikası arasında əlaqələrin isinəşdiyini nəzərə aldıqda isə, belə güman olunur ki, Mişel Ovnun Livan prezidentlik kürsüsünə sahib çıxması şansı digər namizədlərə nisbətdə daha da çoxdur.”

əl-Cərirdə daha sonra yazıb: “Belə görünür ki, Livandakı 14 Mart qruplaşması arasında səs çoxluğunu təşkil edən əl-Müstəqbəl hərakatı, Livanda İslah və Dəyişiliklər Fraksiyonunun sədri Mişel Ovnun qüdrət başına gəlməsinə inanırmış.”

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır