Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə :
çərşənbə axşamı

8 aprel 2014

20:32:41
601402

Hizbullah Müqavimət Təşkilatının Baş Katibi

Seyyid Həsən Nəsrullah: Sionist qüvvələri və təkfirçilər Livanı üçün xətərlidir

Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi daha sonra, Livanda “təkfirçilərin” təhlükə yarada biləcəkləri haqda xəbərdarlıq edərək bildirib: “Bunun qarşısı yalnız Milli birlikin və İslam ölkələrinin həmkarlığı sayəsində alına bilər. Əlbətdə qeyd etməliyəm ki, hal hazırda təkfirçilər üçün Livanda meydan sulamağa heç bir imkan yoxdur. Həmçinin Livan kimi müxtəlif Din və məzhəblərin davamçılarından ibarət olan bir ölkədə “təkfirçilər” üçün heç bir xoş gələcək təsəvvür ediləsi deyil.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullah Livanın əl-Səfir qazetlərinə verdiyi müsahibəsində bildirib: “Hizbullah Müqavimət Təşkilatı, çaxnaşmaların mərkəz obyektinə çevrildiyi üçün, Livanda baş verən bütün hadisələrin cilovunu ələ keçirdib. Təşkilatımız iman, bəsirət, mərifət, diqqət və tam yəqinlik ilə, bütün işlərə nəzarət edir.”

Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullah Suriyada baş verən yəhudi fitnələrinə işarə edərək bildirib: “Bu, ölüm və dirim məsələsidir. Qarşımızda iki yol var, ya ölüm və ya həyat, ya qələbə ya da ki məğlubiyyət...”

O, xeyli sayda suriyalı məcburi köçkünlərin Livan torpaqlarında yerləşdiklərinə işarə edərək, deyib: “Livanda yerləşən Suriya köçkünləri ilə bağlı məsələ ümumimilli bir məsələdir və bu iş yalnız Hizbullah Təşkilatının, yaxud hansısa bir təşkilata aid deyildir. Bu problem, mütləq Milli səviyyədə öz həllin tapmalıdır.”

Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi daha sonra, Livanda “təkfirçilərin” təhlükə yarada biləcəkləri haqda xəbərdarlıq edərək bildirib: “Bunun qarşısı yalnız Milli birlikin və İslam ölkələrinin həmkarlığı sayəsində alına bilər. Əlbətdə qeyd etməliyəm ki, hal hazırda təkfirçilər üçün Livanda meydan sulamağa heç bir imkan yoxdur. Həmçinin Livan kimi müxtəlif Din və məzhəblərin davamçılarından ibarət olan bir ölkədə “təkfirçilər” üçün heç bir xoş gələcək təsəvvür ediləsi deyil.”

Seyyid Həsən Nəsrullah cənabları daha sonra sionist qüvvələrinin də, Livanı üçün xətərli olduğunu vurğuluyaraq, Livan Hərbi Qüvvələrinin ölkənin şimal məntəqəsində Təhlükəsizilklə bağlı apardıqları əməliyyatları alqışlayaraq bildirib: “Bizim əsas məqsədimiz güclü bir dövlət yaratmaqdır, qüdrətli və ədalətpərvər bir dövlət. Biz bu dövlətin alternativi deyilik. Əgər güclü və qüdrətli dövlətimiz olsa ki, Livanın ərazi bütövlüyünün təhlükəsizlikini təmin edə bilsin, biz öz mövqeyimizi dəyişib, inistutlara, orta məktəblərə və öz əkin sahələrimizə geri dönərik.”

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır