Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Qafqaz
şənbə

1 mart 2014

20:30:00
510523

Şəri Suala Cavab

Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı

Hicab məhbusları yaxşı iş görmüşlər və Allah yanında əcr sahibləridir.

Bir müddət əvvəl Azərbaycandakı hicab məhbusları ilə bağlı anti-təbliğata start verilmişdi. Təbliğatda bildirilirdi ki, hicab məhbusları mərcəiyyət tərəfindən dəstəklənmirlər, yəni onların hicabla bağlı atdıqları addımlar İslama görə düz olmamışdır və ya tələskənlik etmişlər.

Ayətullah Məkarim Şirazinin rəsmi saytı – makarem.ir vasitəsilə ünvanlanan sual və cavabı sizə təqdim edirik:

 Sual:

Azərbaycanda hicab qadağasına etiraz etdikləri üçün zindana düşənlər var. Bunları bəzən tələskənlikdə ittiham edirlər. Sizin hicab məhbusları ilə bağlı görüşünüz nədir? Onlar həqiqətən tələsmişlərmi?

 

Cavab:

“Bismillahir-Rəhmanir-Rəhim

Salam və təhiyyətlə:

Onlar yaxşı iş görmüşlər və Allah yanında əcr sahibləridir.

Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanası”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır