Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
şənbə

11 yanvar 2014

20:30:00
495269

Şəri Suala Cavab

Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul verməlidir?

Qüsulların hamısını niyyət edib bir qüsul verməsi kifayət edir. Və hər bir qüsul üçün ayrıca niyyət edib qüsul verməyə heç bir ehtiyac yoxdur.

Mərhəmətli və mehriban ALLAHIN adıyla.

ALLAHIN salamı olsun din xadimlərinə.

   Sualım belədir:

 Əgər qadının boynunda həm cənabət və həmdə başqa qüsullar varsa:

1. Yalnız cənabət qüsulu kifayət edərmi?

2. Hər qüsulun öz niyyəti olmalıdır.

3. Qüsulların hamısını niyyət edib bir qüsul vermək.

Çox sağ olun. ALLAH hamımızı öz nəzərindən binəsib etməsin inşAllah. AMİN!

 

   Cavab:

 Bismi Rəbbil Üləma

Allah Təalanın xüsusi salam və rəhməti onun Rəsulu və pak Əhli Beytinə nazil olsun.

Hər şeydən öncə bildirmək istərdik ki, təkcə qadın deyil kişi xəylaqı da əgər boynuna bir neçə qüsul gələrsə, istər qüsulların hammısı vacibi qüsullar olsun istərsə də bəzisi vacibi bəzisi isə müstəhəbbi qüsullar olsun, qüsulların hamısını niyyət edib bir qüsul vermək kiyafət edir. Və hər bir qüsul üçün ayrıca niyyət edib qüsul verməyə heç bir ehtiyac yoxdur.

Allah Təalanı and veririk onun izzəti cəlalına Muhəmməd və ali Muhəmmədə xatir öz rəhmət və bərəkətini Muhəmməd və ali Muhəmmədə nazil etsin. Bizi hamılıqla öz dininə alim və ariflərdən, şəriətinə əməl edənlərdən qərar verisin. Amin ya Rəbbələ Aləmin.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır