Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslam Azəri
cümə axşamı

9 yanvar 2014

20:30:00
494746

Azərbaycan

Abgül Süleymanovun apellyasiya məhkəməsi keçirilib

Apellyasiya məhkəməsi vəkillərin verdiyi şikayəti təmin etməyib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Abgül Süleymanovun apellyasiya məhkəməsi keçirilib. Məhkəmə prossesi haqda məlumat verən Hacı Abgül Süleyanovun vəkili Bəxtiyar Hacıyev bildirib: “Bakı Apellyasiya Məhkəməsi Hacı Abgül Süleymanovun barəsində Qaradağ rayon Məhkəməsinin, onun qapalı həbsxanaya keçirilməsinə dair qərardan verilən şikayəti yenidən təmin etməyib”.

Ali Məhkəmə Apellyasiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş və şikayətə yenidən baxılmasına qərar verib. Lakin Qaradağ rayon məhkəməsinin, ruhaninin 6 ay müddətinə Qobustan qapalı cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair verdiyi qərarın müddəti bitdiyindən, Hacı Abgül Süleymanov yenidən 13 saylı Cəza Çəkmə Müəssisəsinə köçürüləcək.

Hacı Abgül Süleymanov 2013-cü ilin 8 fevral tarixindən Kürdəxanı İstintaq Təcridxanasından 13 saylı CÇM-ə köçürülməsindən sonra müxtəlif bəhanələrlə ardıcıl olaraq cərimə kamerasına salınmış, daha sonra Qaradağ məhkəməsi ruhaninin 6 ay müddətinə Qobustan qapalı cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar vermişdi. Qaradağ rayon məhkəməsindən verilmiş apellyasiya şikayəti müddətində ruhani Kürdəxanı İstintaq təcridxanasına aparılmışdı.

Xatırladaq ki, mübariz ruhani Hacı Abgül Süleymanov 2011-ci ilin avqust ayında MTN tərəfindən həbs olunub. O, saxta ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır