Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
çərşənbə axşamı

10 dekabr 2013

20:30:00
487972

Şəri Suala Cavab

İnterntdə kibersport oynayıb pul udmaq olarmı?

Əgər kibersport sırf elmi, əxlaqı, yaxud İslam dinin hər hansı bir sahəsini düzgün (Əhli-Beyt (əleyhimus səlam) Məktəbinə uyğun) formada çatdıran oyndursa və qeyd olunan oyunda faydasız bir şey yoxdursa bu sürətdə həm oyunu oynamaq, həm də dediyiniz formada (qabaqcadan sizin tərəfinizdən pul qoyulmamaq şərti ilə) pul udmaqın heç bir eybi yoxdur.

   Sual:

 Salam əleykum və rəhmətullah. Xaiş edirəm yazın, interntdə kibersport (bu bir oyundur) oynayıb pul udmaq olarmı? Bunu da deyim ki, oynamaq üçün pul vermək lazım deyil.

Sankt-Peterburq

 

   Cavab:

 Və əleykum salam və rəhmətullahi və bərəkatuh. Bu növ oyunların insanların beyninə hansı hədəfləri yeritməkdən ötrü düzəldilməsinə baxmaq lazımdır. Əgər, hər hansi bir kiberoyun, onu oynayan şəxsə əxlaqsızlığı, fəsadı, günahı, ümumiyyətlə İslam əqaidi, əxlaqı və fiqhinə (hüquqlarına) zidd olan ruhiyyə vermək üçündürsə bu növ oyunların oynanılması düşmənlərin İslam əleyhinə yürütdükləri “Soyuq Müharibənin” davamı olaraq, “şeytani mədəniyyətin hücumu” babından haram sayılır. Amma əgər kibersport sırf elmi, əxlaqı, yaxud İslam dinin hər hansı bir sahəsini düzgün (Əhli-Beyt (əleyhimus səlam) Məktəbinə uyğun) formada çatdıran oyndursa və qeyd olunan oyunda faydasız bir şey yoxdursa bu sürətdə həm oyunu oynamaq, həm də dediyiniz formada (qabaqcadan sizin tərəfinizdən pul qoyulmamaq şərti ilə) pul udmaqın heç bir eybi yoxdur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır