Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslam Azeri
bazar

21 aprel 2013

19:30:00
411865

Müsahibə

"Haqq uğrunda mübarizə aparanların ağır cəzalar alması utanc vericidir"

Eldəniz Quliyev deyib ki, “Azərbaycan hakimiyyəti növbəti dəfə özünün demokratik imicinə çox böyük bir zərbə vurdu...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 5 oktyabr hicaba azadlıq aksiyasında həbs olunan 8 nəfər ümumilikdə 44 il müddətinə azadlıqdan məhrum edilib

Bununla əlaqədar olaraq İslamazeri.az “El“ hərəkatının təsisçilərindən olan tanınmış ziyalı, kinorejissor Eldəniz Quliyevdən münasibət öyrənib.  

Eldəniz Quliyev deyib ki, “Azərbaycan hakimiyyəti növbəti dəfə özünün demokratik imicinə çox böyük bir zərbə vurdu. Yəni insanların sifarişlə həbs olunması, haqq ədalət uğrunda mübarizə apararaq həbs olunmasına Azərbaycan hakimiyyətinin bu cür münasibəti nə qanuna sığır, nə konistutsiyaya sığır, nədə ki, insan haqqlarına. Bu növbəti dəfə Azərbaycana zərbə oldu. Hesab edirəm ki, bu cür cəzalar utanc gətirən məsələdir. Hakimiyyətin qeyri-adekvat cərimə tətbiq etməsi həm Azərbaycanın tolerantlığına həmdə beynəlxalq imicinə zərbə kimi dəyərləndirirəm.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır