Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azadlıq
çərşənbə

17 aprel 2013

19:30:00
410396

Qəzzafi, Sədam, Hüsnü Mübarək kimi danışanlar

"Azərbaycanda məmurlar ərəb şeyxləri kimi yaşayırlar"

Sərdar Cəlaloğlu: «Dövlətlə vətəndaşlar arasında bir sədd yaradılıb ki, bu da son nəticədə dövlətin özünü təhlükə altına salır»

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Dövlət başçısı daha bir yadda qalan müşavirəyə imza atdı. Bir neçə gün öncə dövlət başçısı Ilham Əliyevin rəhbərliyi ilə keçirilən toplantıda məmurların ünvanına növbəti mesajlar səsləndirilib. Müsahibimiz ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizin əsas mövzusu elə müşavirədə səslənən fikirlərlə bağlı oldu.

- Sərdar bəy, dövlət başçısı bir müddət əvəl müşavirə keçirərək məmurlara xəbərdarlıq etmişdi. Həmin müşavirədən sonra məmurların davranışlarında dəyişiklik hiss edirsinizmi?

- Dövlət başçısının sərəncamlarına məmurlar siyasi, etika baxımından yanlış münasibət sərgiləyirlər. Görüntünü məhdudlaşdıran pərdələrin qaldırılması ilə bağlı dövlət başçının sərəncamı oldu. Amma dövlət başçısının dedikləri ilə real icra arasında böyük ziddiyyətlər var. Bu baxımdan son xəbərdarlıqlar da eyni aqibəti yaşayacaq. Düşünmürəm ki, dövlət başçısının dedikləri ilə bağlı hər hansı ciddi addımlar atılacaq.

- Dövlət başçısı sonuncu müşavirəsində bildirir ki, Azərbaycan yüksək inkişaf tempi olan nadir ölkələrdən biridir. Siz bir partiya sədri kimi ölkədəki bu inkişaf tempini görürsünüzmü?

- Azərbaycanda pisliyə doğru ciddi dəyişiklik var. Böyük inkişaf tempi deyəndə pozitiv inkişafdan söhbət getmir. Təəssüf ki, Azərbaycanda mənfi tendensiyalar, müsbət tendensiyalara nisbətən daha sürətlə inkişaf edir.

Xarici siyasət kursundakı limit tükənib

- Azərbaycanın Rusiya və Iranla əlaqələrində ciddi problemlər yaşanır. Bundan başqa, Qərblə də münasibətlərdə soyuqluq var. Amma bütün bunlara baxmayaraq dövlət başçısı bildirib ki, Azərbaycının özünəməxsus xarici siyasət xətti var və o öz müsbət nəticələrini verməkdədir. Baxmayaraq bir müddət əvvəl ABŞ-da görüşlərin birində Səməd Seyidov Azərbaycana Şimal və Cənubdan ciddi təzyiqlərin olduğunu bildirmişdi. Bu hansı müsbət nəticələrdir?

- Azərbaycanın balanslaşdırma siyasəti başa çatıb. Hazırda Azərbaycandan tələb olunan konkret mövqeyin nümayiş etdirilməsidir. Azərbaycanın əvvəlki kimi siyasət aparması mümkün olmayacaq. Azərbaycanın xarici siyasətindəki problemlər bununla bağlıdır. Limit qurtarıb.

- Növbəti dəfə məmurları məsuliyyətli olmağa çağıran prezident bildirib ki, məmur təvazökarlıq, saflıq, vətənə sədaqət nümunəsi olmalıdır. Dövlət başçısı bir müddət əvvəl bəyan etdi ki, məmurları vəzifələrinə məhz onun göstərişi ilə təyin edirlər. Ilham Əliyev son zamanlar vəzifə təyinatlarında bu cəhətləri nə dərəcədə nəzərə alıb?

- Dövlət başçısının bu cür mənəvi kriteriyalar qoyması düzgün deyil. O, yalnız nümunə göstərərək komandasına necə yaşamağı öyrədə bilər. Kiməsə demək olmaz ki, sən təvazökar yaşa və ya səmimi ol. Məsələn, xalqların tarixində elə olub ki, prezidentlər həddindən artıq təvazökar olublar. Qandi gündə 3 saat cəhrə əyirirdi. Ən azı toxucuların həyat tərzini hiss etməsi üçün. O başqa məsələdir ki, əgər korrupsiya və rüşvət hesabına həddindən artıq cah-cəlal varsa, bu artıq bir cinayətdir. Ona demək olmaz ki, sən bunu gizlət. Indiki əmək haqları ilə heç bir dövlət məmuru bu cür cah-cəlal içərisində yaşaya bilməz. Əgər prezidentin də diqqətini cəlb edən var-dövlət varsa, bu yalnız korrupsiyadan xəbər verir. Korrupsiyanerə demək olmaz ki, sən həyat tərzini gizlət. Əksinə, onu məhkəməyə cəlb edib, araşdırma aparmaq lazımdır.

Hakimiyyət Qarabağ problemini həll etmək istəmir

- Ümumiyyətlə, dövlət məmurlarını necə xarakterizə edərdiniz?

- Azərbaycanda dövlət məmurları o qədər təsadüfi və hakimiyyətlə sıx qohumluq əlaqəli adamlardır ki, bu cür xarakterli insanlardan heç nə gözləmək olmaz. Bu adamların qeyri-adi dərəcədə savadı, mədəniyyəti, xalq və millət yolunda addımları yoxdur. Bunların hamısı təsadüfi adamlardır və əllərinə hakimiyyət düşəndə ondan maksimum dərəcədə yararlanıb yalnız sərvət toplamaqla məşğul olurlar. Başlayırlar ərəb şeyxlərinin belə yaşamadığı həyat tərzini yaşamağa. Bu da onların hakimiyyətə hazırlıqsız gətirilmələri ilə bağlıdır. Gərək məmurlar hakimiyyətə gəlməmişdən əvvəl ən azı syiasi-ictimai əlaqələrdə yetişə, idarəetmənin pillərini bir-bir qalxa. Qəflətən görürsən ki, heç kimin tanımadığı adam icra başçısı və ya nazir oldu. Təbii ki, elə adam da vəzifəyə gələn kimi prezidenti narahat edən davranışları nümayiş etdirəcək.

- Son 20 ildə Qarabağ münaqişəsinin həlli istiqamətində hansı dəyişikliklər baş verib? Bu sualı təsadüfən vermədim. Çünki dövlət başçısı bildirib ki, hər ötən gün, ay, il bizi Qarabağa daha da yaxınlaşdırır. Hakimiyyətin Qarabağ siyasətində hansı əhəmiyyətli irəliləyişlər əldə olunub? Həqiqətənmi ötən müddət ərzində biz problemin həllinə yaxınlaşmışıq?

- ABŞ Dövlət Departementinin bir müddət əvvəl belə bir bəyanatı var idi. Orada vurğulanırdı ki, Azərbaycan hökuməti, ümumiyyətlə, Qarabağ problemini həll etmək istəmir. Əgər hakimiyyət Qarabağ problemini həll etəmirsə, problemin həllinə yaxınlaşmaq deyəndə nə nəzərdə tutulursa, onu deyə bilmərəm.

Dövlət təhlükə altındadır

- Hazırda rayonlarda Heydər Əliyevin 90 illiyinə hazırlıq prosesi gedir. Amma bu il eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyidir. Amma heç bir rəsmi tədbir nəzərdə tutulmayıb. Rəsulzadəyə qarşı münasibət bəllidir və bəs Şərqdə ilk demokratik dövlətə qarşı bu cür münasibət nədən irəli gəlir?

- Heydər Əliyevlə bağlı Azərbaycanda hazırda aparılan bütün işlər Milli Məclisin onun adının əbədiləşdirilməsiylə bağlı məlum qərarına ziddir. Yəni qeyri-qanuni hərəkətlərdir. Həmin qərarda Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində hansı addımların atıla biləcəyi göstərilib. Amma hazırda o qərar bir tərəfdə qalıb və orda nəzərdə tutulmayan işlər aparılır. Qərarda konkret olaraq göstərilib ki, hansı müəsisələrə Heydər Əliyevin adını vermək, neçə heykəlini qoymaq lazımdır. Xalq Cümhuriyyətinə qarşı münasibətə gəlincə, bu, Azərbaycan dövlətçilik ənənələrinin möhkəm olmamasından irəli gəlir. Çünki Azərbaycanda dövlətçilik şüurunun formalaşmasında hazırkı hakimiyyətin də rolu az deyil. Təbii ki, Şərqdə ilk demokratik dövlətlə bağlı yalnız yubiley illərində yox, hər il çoxlu tədbirlər keçirilməlidir ki, vətəndaşlar öz dövlətinə bağlansınlar. Hökumətin ən böyük günahlarından biri vətəndaşların dövlətdən uzaq salınması, dövlətlə vətəndaşlar arasında bir sədd yaradılmasıdır ki, bu da son nəticədə dövlətin özünü təhlükə altına salır.

Qəzzafi də vaxtilə dünyanı hədələyirdi

- Seçkilər yaxınlaşdıqca Azərbaycana beynəlxalq diqqət artır. Bir müddət əvvəl ABŞ-dan Azərbaycandakı seçki mühütü ilə bağlı narahatlıq ifadə olunub. Amma dövlət başçısı son müşavirədə çıxışında bəyan edib ki, heç bir xarici dövlət Azərbaycanın daxili işinə qarşıa bilməz. Oxşar bəyanat Ramiz Mehdiyevin də dilindən sərt formada ifadə olunmuşdu. Hakimiyyət beynəlxalq birliklə qarşıdurmaya gedir...

- “Azərbaycanın daxili işlərinə heç kəs qarışa bilməz” fikri ölkəmizin daxil olduğu təşkilatların və üzərinə götürdüyü öhdəliklərin fəlsəfəsinə ziddir. Bütün ölkələr beynəlxalq hüquqa uyğun fəaliyyət göstərməlidirlər. Kimlərin ki, fəaliyyəti beynəlxalq hüquqa ziddir, həmin ölkələrdə beynəlxalq ictimaiyyət onların işinə qarışa bilər. Yəni arxayınçılıqla bu fikri söyləmək yanlışdır. Digər tərəfdən, Azərbaycan siyasi proseslər, dəyişikliklər nəhayət ki, başlamalıdır. Deyirlər ki, dünyada Azərbaycanın analoqu olmayan inkişaf tempi var. Normalda inkişaf sistem üzrə getməlidir. Əgər dövlətin iqtisadiyyatı inkişaf edirsə, onun siyasi və ictimai sistemidə inkişaf etməlidir. Əgər Bakıda hündür binalar tikilirsə, amma vətəndaşlar şüur səviyyəsinə görə daha da geri gedibsə, bu inkişaf deyil. Ölkədə siyasi repressiyalar davam edirsə, siyasi məhbus problemi çözülməyibsə, burada heç bir inkişafdan söhbət gedə bilməz. Adətən, bu cür anormal inkişaf gedən ölkələrdə ciddi kataklizmlər yaşanır. Beynəlxalq birliklə qarşıdurmaya gəlincə, Azərbaycanın belə bir gücü yoxdur. Əslində bu mesajlar Azərbaycanın Qərbə inteqarsiya kursunu seçməsinə yönəlik təkliflərə bir cavabdır. Amma bu cür davranışlar ölkənin gücü olsa belə nəticə verməyəcək. Bu günə qədər Amerika prezidentlərinin dilindən eşitmisiniz ki, “heç kəs bizim daxili işlərimizə qarışa bilməz” desin. Əksinə, Qvatemaladakı həbsxanadakı durumu tənqid edən kimi ABŞ oranı bağladı və rəsmi şəkildə üzr istədi. Digər bu kimi məsələlərdə ABŞ həmişə üzr istəməyə, beynəlxalq ictimaiyyətin rəyinə əsasən addımlar atmağa hazır olub. Əgər bu gün Çin, Rusiya, ABŞ kimi ölkələrin rəhbərləri bu ritorikadan danışmırsa, Azərbaycan rəhbəri niyə belə bəyanatlar verir? Özünə, beynəlxalq hüquqa hörmət edən heç bir hakimiyyət nümayəndəsi deyə