Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslamin Sesi
çərşənbə

3 aprel 2013

19:30:00
405956

Reportaj

Mayis Güləliyev: İqtidar da, müxalifət də Azərbaycanda İslam amilindən istifadə edir

Bu təzyiqləri həyata keçirən həmin məmurlardan hər biri özünü müsəlman sayır və Quranı müqəddəs kitab kimi tanıyır. Beynəlxalq təşkilatlar və Qərb dövlətləri Azərbaycan hakimiyyətini daha çox dəstəkləsin deyə din faktorundan istifadə olunur. Yəni demək istəyirlər ki, əgər bizi dəstəkləməsəniz, iqtidara dindarlar gələcək. Müxalifət də özünü eyni cür aparır. Mütəmadi ABŞ-ın Bakıdakı səfirliyinə mesajlar göndərilir ki, əgər bizim texniki və maddi dəstəyimizi davam etdirməsəniz, İslam təhlükəsi ortaya çıxacaq.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən «Yaşıllar» partiyasının sədri , politoloq Mayis Güləliyev MDİ ilə Azərbaycan hakimiyyəti arasında yaranmış münaqişə, ölkədə müxalifətin və iqtidarın İslam amilindən istifadə cəhdləri ilə bağlı islamınsesi.az saytına müsahibə verib.

- ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycanda məxmər inqilab üçün 2 mln. dollar ayırması ilə bağlı rəsmi Bakının açıqlamaları oldu. Azərbaycanla MDİ arasında gərginliyin yaranma səbəbləri nədir?

 -MDİ, Respublikaçılar institutu, “Soros”, “Avrasiya” fondları, “Human Rayts Votç” və digər Qərb qurumlarının əsas məqsədi hakimiyyətə qarşı təzyiq vasitələrinin yaradılmasıdır. Yerlərdə müxalif qüvvələri QHT, KİV və digər adlarla gücləndirib hakimiyyətə qarşı yönəltsinlər.

Sovet İttifaqı dağılmamışdan əvvəl bu sahədə əsas fəaliyyət Mərkəzi Kəşfiyyat İdarəsinin fond qurumlarının səlahiyyətində idi. Beləliklə, «Soros» və digər fond və institutlar vasitəsilə müxalif qüvvələrin hazırlanması və lazım olduğu təqdirdə - əgər mövcud iqtidarlar ABŞ-ın siyasətinə qarşı gələrlərsə, onların devrilməsi planı hazırlanır. Lazım olduğu halda hakimiyyətlərdən güzəşt əldə etmək üçün təzyiqlərdən istifadə olunur.

Əgər bütün dünyada MDİ-nun fəaliyyəti bundan ibarətdirsə, Azərbaycanda başqa mahiyyətdən ibarət ola bilməz. 2 mln. dollar vəsaitin flaşmoblara, yerlərdə müxalif gənclərin hazırlanmasına gəlincə isə bu, tamamilə realdır. Rəqəmlər dəyişə bilər və məbləğin məsələyə dəxli yoxdur. Məqsəd dəyişməz qalır.

- Amma, bu qurumlar Azərbaycanda bu gün fəaliyyət göstərmir. Nədən məhz indi qurumun fəaliyyəti aşkarlandı?

- MDİ Azərbaycanda 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir. Onlar QHT-lərə, bələdiyyələrə, mətbuata müxtəlif şəkildə yardım edib. Həmin illərdə Azərbaycan iqtidarı həm iqtisadi , həm də siyasi baxımdan daha zəif, müxalifət isə daha yekdil idi. Buna görə də MDİ və adı çəkilən digər qurumların fəaliyyətinə qarşı çıxa bilməzdi. Qərb qurumlarının təzyiqilə Azərbaycan kifayət qədər güzəştlərə gedib - BTC-nin çəkilməsində, neft müqavilələrində, Avropa banklarının Azərbaycana birbaşa investisiyaların yatırılmasında və sair.

O zaman Azərbaycan hakimiyyətinin Qərb institutlarına qarşı müqavimət gücü yox idi. İstənilən vaxt onlar müxalifətə maddi və siyasi yardım edərək Azərbaycan hökumətini devirə bilərdilər.

Sonrakı illərdə Azərbaycan hökuməti iqtisadi, beynəlxalq dəstək baxımından güclənib, ölkəyə qoyulan investisiyalar gəlir gətirməyə başlayıb. Transmilli korporasiyalar, Qərb institutları Azərbaycan iqtidarını devirməyə maraqlı deyillər və hazırki iqtidarı nəyin bahasına olursa-olsun ən azı 2023-cü ilə qədər hakimiyyətdə saxlamaq məcburiyyətindədirlər. Bunun səbəbi odur ki, hakimyyətin indiki halda dəyişməsi Azərbaycana qoyulan investisiyaların, enerji resurslarının xarici bazarlara çıxarılması üçün təhlükə yaranar. Lakin bununla yanaşı ölkədəki müxalif qüvvələri də maliyyələşdirirlər ki, iqtidara müəyyən qədər xof gələ bilsinlər. Bu təzyiq çox zəifdir. Gördüyümüz kimi, Azərbaycan hökuməti «Soros» fondunun və AYSAR-ın bağlanmasına nail ola bildi, MDİ-ni zəiflətdi, “Avrasiya” fondu praktiki olaraq işləmir. Bakı nümayəndəliyində problemlər olmasına baxmayaraq, MDİ-nin baş ofisində Azərbaycanı dəstəkləyirlər.

- Qərb institutları tərəfindən Azərbaycanda İslam müxalifət amili kimi istifadə olunurmu?

- Azərbaycanda dindarlara qarşı hücumların əsasında İslama qarşı hücumlar durmur.

Bu təzyiqləri həyata keçirən həmin məmurlardan hər biri özünü müsəlman sayır və Quranı müqəddəs kitab kimi tanıyır. Beynəlxalq təşkilatlar və Qərb dövlətləri Azərbaycan hakimiyyətini daha çox dəstəkləsin deyə din faktorundan istifadə olunur. Yəni demək istəyirlər ki, əgər bizi dəstəkləməsəniz, iqtidara dindarlar gələcək. Müxalifət də özünü eyni cür aparır. Mütəmadi ABŞ-ın Bakıdakı səfirliyinə mesajlar göndərilir ki, əgər bizim texniki və maddi dəstəyimizi davam etdirməsəniz, İslam təhlükəsi ortaya çıxacaq.

İki tərəfdən inanclı insanlara qarşı təzyiq müşahidə olunur. Həm iqtidar, həm də müxalifət dindarlardan öz mövqelərini möhkəmlətmək üçün istifadə edir. Fikir verin, dindarların mitinqindən bir həftə sonra müxalifətin mitinqi keçirilir. Çünki müxalifət ABŞ səfirliyini qorxudur və onların özünü müxalifət kimi göstərməsi və möhkəmlənməsi üçün maliyyə ayrılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır