Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslamin Sesi
çərşənbə axşamı

2 aprel 2013

19:30:00
405479

Azərbaycan İslam Partiyası

E.Manafov: «Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda İslami hərəkat» şüarı ilə seçkilərə qatılırıq

Öz namizədimizlə çıxış etməyə qüdrətimiz də var, başqa bir namizədi dəstəkləməyə də.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyasının sədrəvəzi (AİP) Hacı Elçin Manafov islamınsesi.az portalına eksklüziv müsahibəsində partiyanın prezident seçkilərində iştirakı, digər siyasi partiya və birliklərlə fəaliyyət koordinasiyası məsələlərini şərh edib.

- AİP-in prezident seçkilərində hansı şəkildə iştirakı konkretləşibmi?

AİP seçki poatformasını hələ elan etməyib, amma prezident seçkilərinə hazırlıq startı verilib. Bu günlərdə AİP-də keçirilən konfransda bölgələrdəki əlaqələndiricilər də iştirak edib. Bölgələrdəki şöbələrimizə prezident seçki kampaniysı ilə bağlı hazırlıq görülməsi haqda tapşırıq verilib.

Əvvəlcədən elan etmişdik ki, seçkilərə qatılmağımız 3 şəkildə mümkündür: seçkilərin boykot edilməsi, AİP-in öz namizədinin irəli sürülərək dəstəklənməsi və başqa bir namizədə səs verilməsi. Artıq seçkilərin boykotundan imtina edib yerdə qalan 2 variantı müzakirə edirik.

Öz namizədimizlə çıxış etməyə qüdrətimiz də var, başqa bir namizədi dəstəkləməyə də. Başlıca məqsədimiz seçkilərdə kifayət qədər gücə malik olaq və təsirimizi göstərə bilək.

«Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda İslami hərəkat» şüarı ilə seçkilərə qatılırıq. Amma bu heç də cəmiyyətin digər təbəqələrinin hərəkata qoşulmasını məhdudlaşdırmır. Bu şüarı qəbul edən  hər kəsi sıralarımıza qəbul etməyə hazırıq.

Siyasi partiyaların çoxu hələ öz namizədlərini irəli sürmədiyi kimi, AİP də hələ öz namizədi olub-olmayacağını gizli saxlayır. Bizim üçün mühüm məsələ seçkilərdə fəal iştirak etməkdir.

 -AİP-in seçkilərə qatılması partiya fəallarına qarşı təzyiqləri artıra bilərmi?

- Seçkilərdə iştirak bizim vətəndaş hüququmuzdur və buna görə bizə qarşı təzyiqlər olacağına inanmırıq. Hüququmuzdan istifadə üçün bizi qınamaq və təzyiq göstərmək mümkün deyil. Biz öz əqidəmizə uyğun hərəkət edirik.

Bizim fikrimiz ciddidir, seçkilərə təsir etmək niyyəti ilə gedirik. Nəyin bahsına olursa olsun, buna nail olacağıq. Azərbaycan xalqının və dövlətçiliyinin taleyi həll olunur. Hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq, xalqına və dövlətimizə xidmət edəcək şəxs olmalıdır. Bunda bizim rolumuz şəksizdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır